Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edildi
«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli və «Ekstradisiya haqqında» 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, Ağstafa rayon polis şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Tahir Ayralovun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar oğurluq, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan cinayət işi üzrə isə Miryusif Qədirovun qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə axtarışa veriliblər.
Hər iki şəxs Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycan Respublikasına gətiriliblər.
Digər Xəbərlər
06 Noyabr 2026 14:35
Kameraları sındırıb oğurluq etdi - Saxlanıldı
06 Noyabr 2026 10:35
Cinayətdə şübhəli bilinən 67 nəfər tutuldu
06 Noyabr 2026 09:21
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
05 Noyabr 2026 12:38
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı
04 Noyabr 2026 18:00
Evli qadını şantaj edib pulunu aldı – Direktor müavininin gizli EŞQ DRAMI
04 Noyabr 2026 10:07
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanıldı
03 Noyabr 2026 17:07
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi
03 Noyabr 2026 12:24


Bakı -°C

