"Bəzi şirkətlər mənzil tikintisini qanunazidd həyata keçirirlər" - Deputat
“Vaxtilə biz Milli Məclisdə müzakirə etdik ki, tikilməkdə olan binalarda mənzil alan şəxslərlə müqavilə bağlanan zaman həmin müqavilələr daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınsın və gələcəkdə vətəndaşları narahat edəcək bir çox problemlər yaşanmasın. Amma təəssüflər olsun ki, bu gün də bu məsələ həllini tapmayıb”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Bəxtiyar Əliyev deyib.
O bildirib ki, bir çox tikinti şirkətləri bu istiqamətdə vətəndaşların çox byük etimadını qazanıb, əmlakın dövlət reyterində qeydiyyat məsələlərini həll edirlər, mənzillərin 2-3 və daha çox şəxsə satılması və ya sonradan dövlət reysteri xidmətindən çıxarışların alınmasında heç bir problemlərlə üzləşmirlər.:
"Amma elə şirkətlər də var ki, onların dəfələrlə məhkəmələri olub, cinayət işləri qaldırılıb. Eyni zamanda Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş tikinti layihələrinə tikinti zamanı müəyyən dəyişikllik edirlər ki, bunlar da vətəndaşlar tərəfindən narazılıqla qarşılanır. Əvvəl bağlanmış müqavilələrdə göstərilmiş və komitə tərəfindən təsdiq edilmiş layihələrlə dövlət reyestri xidmətində mənzillər qeydiyyata alınan zaman uyğunsuzluqlar əmələ gəlir. Çünki istər Mənzil Məcəlləsində, istər Nazirlər Kabinetinin təsdiq etdiyi normalar var ki, mənzillərin ölçüləri uyğun gəlmir. Çox təəssüf olsun ki, bəzi şirkətlər var ki, mənzil tikintisini qanunazidd olaraq həyata keçirir. Ona görə də çox yaxşı olardı ki, tikintisinə icazə verilmiş çoxmənzilli yaşayış binalarında hər hansısa bir mənzillə bağlı vətəndaşlarla müqavilə imzalanıbsa, bu müqavilələr Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınsın. Belə ki, komitə tərəfindən təsdiq edilmiş layihələrin ölçülərinə, arxitekturaya sonradan heç bir tikinti şirkəti dəyişiklik etməyəcək, vətəndaşların hüquqları qorunacaq”.
Digər Xəbərlər
15 Noyabr 2026 22:15
Prezidentin sosial şəbəkə hesablarına kiberhücumlar var - RƏSMİ
15 Noyabr 2026 19:40
İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi
15 Noyabr 2026 14:20
Leyla Əliyeva: "Hər bir qadın öz gücünə inansın" - VİDEO
15 Noyabr 2026 10:27
"Daha çox yazın, Leyla xanım" - Fulya Öztürk - VİDEO
14 Noyabr 2026 23:28
Leyla Əliyeva COP31-də qadın liderlərin iqlim təşəbbüslərindən danışdı - FOTOLAR
14 Noyabr 2026 19:08
DYP sürücülərə müraciət etdi - FOTO
14 Noyabr 2026 15:24
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib - FOTOLAR
14 Noyabr 2026 12:58


Bakı -°C

