"Bəziləri qeyri-ciddi, qeyri-peşəkar fikirlərdir" - Musa Quliyev
"Böyük işlər görülən yerdə nöqsanlar da olacaq. Əsas odur ki, iş var, vətəndaşa qayğı var. Burada səsələnən bəzi fikirlərə münasibət bildirmək lazımdır. Düzdür, bəziləri qeyri-ciddi, qeyri-peşəkar fikirlərdir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
"Hər halda münasibət bildirmək lazımdır. Çünki sosial şəbəkələr, saytlar var. Özünüməşğulluq proqramı son illərdə bizim sosial sahədə, aktiv məşğulluğun həyata keçirilməsində ən uğurlu layihələrdən biridir. O uğurlu layihəni nəinki vətəndaşlar, öz həyatında hiss edir, Azərbaycan siyasətçiləri, iqtisadçıları da hiss edir. Özünüməşğulluq proqramı gələn il daxil olmaqla, ümumilikdə 100 min ailəni əhatə edəcək. Dünyada belədir ki, özünüməşğulluq layihəsi əgər son iki il ərzində 50%-in üzərindədirsə, baş tutmuş layihə sayılır. Azərbaycanda isə iki ilin göstəricisi 80%-in üzərindədir. Əlbəttə 100 min adamın qoşulduğu prosesdə 1% xəta olarsa, bu, 1000 adam deməkdir. Biz bunu da qiymətləndirməliyik. O şikayətlərin hamısı araşdırılıb, faktlaşdırılır, videoçəkiliş aparılır. Əgər əldə fakt varsa, onu araşdırmağa göndərmək lazımdır. Amma böyük bir tribunadan qüsurların olduğunu söyləmək və o qüsurların da arxasında fakt yoxdur, hesab edirəm ki, bu, qeyri-ciddi, qeyri-peşəkar, siyasi cəhətdən kamil olmayan yanaşmadır”, - deyə komitə sədri bildirib.
Digər Xəbərlər
31 Dekabr 2025 00:00
Azərbaycanda 5 günlük bayram tətili BAŞLADI
31 Dekabr 2025 00:00
Dünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edir
30 Dekabr 2025 20:22
Yol polisi bayram günlərində gücləndirilmiş rejimdə çalışır
30 Dekabr 2025 20:02
ETİHİ-nin prioritetləri: Birlik, dəstək və inkişaf
30 Dekabr 2025 17:51
Həbsxanalara xəbərdarlıqsız daxil ola bilən şəxslərin siyahısında dəyişiklik edildi
30 Dekabr 2025 16:58
Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun məhkəməsi başladı
30 Dekabr 2025 16:52
Prezidentdən deputatla bağlı SƏRƏNCAM
30 Dekabr 2025 15:33


Bakı -°C

