"Birinci sinifdə bir şagird olsa belə ona ayrıca müəllim dərs deməlidir" - Deputat
"Məruzədə önəmli məsələyə toxunulub. Bu, təhsillə bağlıdır. Ucar rayonundan misal gətirilib ki, birinci sinifdə şagird sayı 10-dan az olduğuna görə, ikinci siniflə birləşdirilib. Yarı bir, yarı isə ikinci sinif proqramı ilə dərs keçilməsinə etirazını ortaya qoyub. Bu tamamilə məntiqlidir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı deyib.
"Sabah ikinci sinif olmasa, birinci sinifi üçüncü siniflə birləşdirmək lazımdır? Nazirlər Kabinetinin bu istiqamətdə qərarı var. Bu qərara baxılmalıdır. Birinci sinifdə bir şagird olsa belə ona ayrıca müəllim dərs deməlidir. Bu proqramları dəyişmək olmaz. Ölkə həyatında təhsildən önəmli vacib məsələ olmamalıdır", - deyə deputat qeyd edib.
Digər Xəbərlər
26 Yanvar 2026 11:53
Azərbaycan Universitetinin 12 tələbəsi yaz semestrində xaricdə təhsil alacaq
26 Yanvar 2026 09:06
Bu gün qış tətilindən öncə son dərs günüdür
24 Yanvar 2026 11:35
Məktəblərdə qış tətili başlayır
23 Yanvar 2026 13:17
Eksternat imtahanları ilk dəfə elektron qaydada keçiriləcək
23 Yanvar 2026 12:43
Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlandı
23 Yanvar 2026 09:49
Gələn həftə məktəblərdə qış tətili başlayır
22 Yanvar 2026 16:45
İlk dəfə xüsusi məktəbdə peşə təmayüllü sinif təşkil edildi
22 Yanvar 2026 10:54


Bakı -°C

