"Biz indiyə qədər böyük şəhər bələdiyyəsi yarada bilmədik" - Deputat

"Tullantıların daşınması bələdiyyələrə verilməli idi. İndiyə qədər verilmədi və səbəbini aydınlaşdırmaq da çətindir."
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.Deputat bildirib ki, qəbiristanlıqların bələdiyyələrə verilməsi ilə bağlı qərar qəbul olunub:
"2018-ci ildə Nazirlər Kabinetinin qərarı var. Qərarda göstərilir ki, yerli icra hakimiyyəti orqanları tabeliyində olan qəbiristanlıqları 3 ay müddətində bələdiyyələrə təhvil verməlidirlər. Bu qərardan 6 il keçib".
F.Mustafa qeyd edib ki, bələdiyyələri inkişafını təmin etməliyik: "Biz indiyə qədər böyük şəhər bələdiyyəsi yarada bilmədik. Bakı, Gəncə və Sumqayıtda böyük bələdiyyə yaradaraq bürokratik məsələləri də həll edə bilərik. Bu gün Bakının yüzlərlə problemi var ki, bu məsələdə bələdiyyənin hər hansı rolu yoxdur. Başqa yerlərdə görürük ki, nəqliyyatın idarəedilməsi bələdiyyənin əlindədir. Bu seçkilərdən bu mərhələyə gəlməliyik. Bu, dövlətin və icra orqanlarının da yükünü azaldacaq".
Nicat Novruzoğlu
Digər Xəbərlər

İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının Baş katibi ilə görüşüb

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşdü - FOTO

İlham Əliyev İraq Prezidenti ilə görüşdü - FOTO

Ana Brnabiç Azərbaycana gəldi - FOTO

Milyardlarla dollarlıq layihələrlə bağlı sənədlər İMZALANDI

Prezident və xanımı BMT-nin mənzil-qərargahında - FOTOLAR

İlham Əliyev və xanımı BMT-nin mənzil qərargahına gəliblər
