"Biz Rusiya ilə müharibə ərəfəsidəyik"...

Amerikanlı tanınmış jurnalist Taker Karlson, Rusiyanın xarici işlər naziri Sergey Lavtovdan müsahibə götürmək üçün Moskvaya gəlib. Bu barədə jurnalist Telegram-kanalında məlumat verib.
Karlsonun sözlərinə görə, artıq 25 ildir Rusiya diplomatiyasına rəhbərlik edən təcrübəli diplomatla müsahibə yaxın günlərdə dərc ediləcək.
Müsahibə zamanı müzakirə olunan məsələlərdən biri də, Rusiya və ABŞ arasında baş verə biləcək nüvə apokalipsisi ilə bağlı olub. Amerikalı jurnalistin sözlərinə görə, hazırki beynəlxalq siyasət, Karib böhranı səviyyəsini üstələməkdədir.
"Biz Rusiya ilə, ABŞ vətəndaşlarının səs vermədiyi müharibə ərəfəsindəyik"- deyə Taker Karlson həyəcan təbili çalır.
Amerikalı jurnalist vəziyyətin bu həddə çatmasında Co Bayden başda olmaqla, hazırki ABŞ hakimiyyətinin apardlğı siyasəti günahlandırır. Ağ Ev administrasiyasının Ukraynaya Rusiyanın dərinliklərinə raket zərbələri endirilməsinə icazə verməsini tənqid edib. "Amerikan əsgərləri Rusiyaya raket zərbələri endirməklə xeyli sayda rus əsgərini öldürüblər. Bu isə Rusiya, ABŞ-da daxil olmaqla bütün dünyanı məhv etməyə səbəb olan nüvə müharibəsinin başlamasına gətirib çıxara bilər"- deyə Karlson bildirir.
Jurnalistin sözlərinə görə, Vaşinqtonda vəziyətin tonunu aşağı salmaq üçün kimsə qalmayıb. Entoni Blinken artıq iki ildir Moskva ilə bütün əlaqələrini kəsib. İki ildən çoxdur Rusiya ilə əlaqə və dialoq yoxdur.
Karlson bildirib ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putinlə apardığı müsahibədən sonra, ABŞ-ın Ukraynadakı səfiri prezident Zelenskinin administrasiyasına bizimlə müsahibə aparmasını qadağan edib...
Yeni seçilmiş prezident Donald Trampın oğlu Taker Karlsonun Lavrovla müsahibəsini alqışlayaraq qeyd edib ki, jurnalist münaqişənin həlli istiqamətində hazırki Bayden administrasiyasından daha çox işlər görüb.
Rüstəm Hacıyev
Digər Xəbərlər
28 Oktyabr 2025 19:02 Rusiyada azərbaycanlı generalla bağlı qərar verildi
28 Oktyabr 2025 17:44 Pakistan Hindistanla sərhəddə hava məkanını bağladı
28 Oktyabr 2025 16:37 Üçtərəfli görüş üçün şərtlərini açıqladı
28 Oktyabr 2025 15:38 Lukaşenko Bakı-İrəvan sülhündən danışdı
28 Oktyabr 2025 12:44 Zelenski Ukraynanın dron istehsalından DANIŞDI
28 Oktyabr 2025 11:41 "Putin-Tramp sammiti baş tutacaq" - Orban
28 Oktyabr 2025 09:14 Türkiyədə 6,1 ballıq zəlzələ oldu, 100-dən çox afterşok qeydə alındı - YENİLƏNİB
27 Oktyabr 2025 18:00 

Bakı -°C 






