BMT rəsmisi: İqlim dəyişikliyi ilə əlaqədar baş verən hər bir hadisə ciddi təhlil edilməlidir
Erkən xəbərdarlıq sistemləri iqlimin ətraf mühitə təsirini proqnozlaşdırmaqla bərabər, itkiləri azaltmaq üçün qabaqlayıcı tədbirlərin görülməsinə də xidmət etməlidir.
Adalet.az xəbər verir ki, bunu BMT Baş katibinin qurumun Fəlakət Riskinin Azaldılması İdarəsindəki xüsusi nümayəndəsi Kamal Kişor COP29 çərçivəsində keçirilən “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Çoxtəhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” mövzusunda tədbirdə deyib.
O qeyd edib ki, bütün ölkələrin müxtəlif səviyyələrdə fəlakət riskinin idarə edilməsi üçün imkanları var:
"Bu məsələdə uğurlu nəticə üçün üçün bütün səylərimizi səfərbər etməli, erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsinə sərmayə qoymağa davam etməliyik.
Hələ də çox ölkə var ki, orada erkən xəbərdarlıq sistemlərinə sərmayələri yönləndirmək lazımdır. Bu birdəfəlik həll edilə biləcək məsələ deyil, davamlı olmalı, təkmilləşdirilməlidir.
İqlim dəyişikliyi ilə əlaqədar baş verən hər bir hadisəni ciddi təhlil etməkdən çəkinməməliyik və erkən xəbərdarlıq sistemlərinin necə xidmət etdiyini, onların necə təkmilləşdirilə biləcəyini öyrənməliyik".
Digər Xəbərlər
22 Noyabr 2026 16:36
Allahşükür Paşazadə Moskvaya səfər edib
22 Noyabr 2026 16:22
Görünüş məsafəsi məhdudlaşacaq
21 Noyabr 2026 18:00
Leyla Əliyeva Hanoydakı açılış mərasimində - FOTOLAR
21 Noyabr 2026 14:50
Hanoyda Prezident və xanımının şərəfinə rəsmi nahar verildi - FOTOLAR
21 Noyabr 2026 11:42
Aqil Abbas: "Bu, təkcə Ağdamın yox, bütün Azərbaycanın bayramıdır!" - VİDEO
21 Noyabr 2026 11:00
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
21 Noyabr 2026 10:20
Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə belə hazırlıq görülüb - VİDEO
21 Noyabr 2026 10:07


Bakı -°C

