23 Aprel 2025 16:50
246
DÜNYA

Britaniya parlamentariləri  höküməti saxta erməni soyqırımını tanımağa çağırır

Səbəbini anlamasaqda Britaniyanın Baş nazir Marqaret Tetçer Sovet İttifaqının tərkibində olduğu zaman, 1990-cı ilin iyununda Ermənistanı ziyarət edib.
Böyük Britaniya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər isə Ermənistan müstəqillik əldə edəndən sonra başladı. Yəni Böyük Britaniya Ermənistan 31 dekabr 1991-ci ildən tanıyır. Avropadakı ilk Ermənistan səfirliyi 1992-ci ilin oktyabrında Londonda açılıb. 1995-ci ildən bəri İngiltərənin İrəvanda səfirliyi fəaliyyət göstərir. Hər iki ölkə tərəfdaşlıq və dostluq münasibətləri saxlayır.


Buna baxmayaraq ermənilər hələ də Böyük Britaniyaya qondarma erməni soyqırımına inandıra bilməyiblər.

Adaalet.az xəbər verir ki, Britaniya parlamentinin hər iki palatasının üzvləri hökuməti erməni soyqırımını tanımağa çağırıb. Beləki, Aprelin 22-də bütün siyasi partiyaların və Parlamentin hər iki Palatasının deputatları saxta erməni soyqırımının 110-cu ildönümünü qeyd etmək və Böyük Britaniya hökumətini bu böyük saxtakarlığı tanımağa çağırmaq üçün Londondakı Kenotaf meydanına toplaşıblar.
Xatırladaq ki, Kenotaf — boş qəbirdən ibarət olan dəfnetmə abidəsidir. Qədimlərdə bir çox xalqlar tərəfindən, xüsusən də bu və ya digər səbəbdən mərhumun meyitini (külünü) dəfn etmək mümkün olmadıqda kenotaf qazılırdı. Bu adət qəbri olmayan ölülərin ruhunun sakitlik tapa bilməməsi ehtimalından yaranmışdı.
Oxucularımız üçün bildirək ki, Uels və Şotlandiya hökumətləri erməni soyqırımını tanıyır, lakin Britaniya hökuməti qondarma erməni soyqırımını tanımır, çünki “keçən əsrin əvvəllərində Osmanlı İmperiyasının erməni əhalisini təsir edən dəhşətli hadisələri 1948-ci il BMT konvensiyasına əsasən soyqırım kimi qiymətləndirmək üçün dəlillərin kifayət qədər aydın olmadığını bildirib. İngiltərə hökuməti “qırğınların dəhşətli bir faciə olduğunu” elan edib və bunları hökumətin o zamankı baxışları olduğunu ifadə edərək qınayıb.

 Əntiqə Rəşid