Bu dondurmalar torpağa basdırıldı - VİDEO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” vasitəsilə San Marino mənşəli “Special Frutta” əmtəə nişanlı dondurma istehsalı üçün nəzərdə tutulmuş yarımfabrikat məhsullarda metal qırıqlarının aşkar olunması barədə məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, AQTA tərəfindən həmin məhsulu ölkəyə idxal edən “Virtus Commerce” MMC-də mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq plandankənar yoxlama aparılıb. Nəticədə müəssisəyə məxsus anbar sahəsində ümumilikdə 480 kiloqram dondurma istehsalı üçün yarımfabrikat məhsul aşkar edilib və bu məhsulların məhv edilməsi barədə qərar qəbul olunub.
Fiziki çirklənməyə məruz qalmış məhsulların məhv edilməsi “Təmiz Şəhər” ASC-nin Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda torpağa basdırılmaqla həyata keçirilib.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Digər Xəbərlər
06 Dekabr 2025 21:00
“VEST PARK” MMC Bakıda tarixi binanı zədələdi
06 Dekabr 2025 16:35
Hava yenidən PİSLƏŞƏCƏK: Leysan olacaq, qar yağacaq
06 Dekabr 2025 12:11
Naxçıvan dəmir yolunun Ermənistanla sərhədindəki tikintidən YENİ GÖRÜNTÜLƏR
06 Dekabr 2025 10:48


Bakı -°C

