"Bu, dövlət-uşaq siyasətinin həyata keçirilməsinə problem yaradır" - Komitə sədri
"Yerli icra hakimiyyətlərində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları fəaliyyət göstərir. Təcrübədə görürük ki, bu qurumlar uşaq müdafiə mexanizmini çətinləşdirir. Yerli icra hakimiyyətlərində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və qəyyumluq və himayə orqanlarının potensialının gücləndirilməsinə ciddi ehtiyac var".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Hicran Hüseynova deyib.
O bildirib ki, komissiyaların maddi-texniki bazasının zəif olması, ştat vahidlərinin sayının az olması, qəyyumluq və himayə orqanlarının əsasnaməsinin günün tələblərinə cavab verməməsi, uşaq müdafiəsinin yerli səviyyədə operativ təminatına, dövlət-uşaq siyasətinin həyata keçirilməsinə problem yaradır:
"Bu baxımdan, təqdim olunan qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də reallıqları nəzərə almalıyıq. Təcrübədə yaranmış çətinliyi təhlil edib qanunvericilik müstəvisində effektiv dəyişikliklər etməliyik. Yeni layihəyə əsasən, uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və katiblik yaradılacaq. Komissiyalar müavfiq icra hakimiyyəti orqanları yanında həmin orqan tərəfindən 9-11 nəfərdən ibarət tərkibdə yaradılır".
Digər Xəbərlər
14 Fevral 2026 00:55
AzTV-nin yaranmasından 70 İL ÖTÜR
14 Fevral 2026 00:16
“Koroğlu” metrosu istiqamətində hərəkət DAYANDIRILDI
14 Fevral 2026 00:07
Emil Səlim HƏBS EDİLDİ
13 Fevral 2026 19:39
Elşad Quluyev vəzifəsindən azad edildi
13 Fevral 2026 19:28
"AzerGold"la bu institut arasında memorandum imzalandı - FOTO
13 Fevral 2026 19:17
HHQ-də yoxlamalar keçirildi - FOTOLAR
13 Fevral 2026 17:56
ADY sərnişindaşıma xidmətinin səviyyəsini yüksəldib
13 Fevral 2026 17:44


Bakı -°C

