Bu gün Xalq şairi Məmməd Arazın anım günüdür
Dekabrın 1-i AzərbaycanınXalq şairi, tərcüməçi-publisisti, Əməkdar incəsənət xadimi Məmməd Arazın anımgünüdür. Azərbaycan oxucusu tərəfindən ən çox müraciət olunan, sevilən şairlərindən biri, ən əsasıhəqiqətən də ümumxalq şairi olan Məmməd Arazın bu gün haqq dünyasına qovuşduğugündür: şair 2004-cü il, qışın ilkgünündə 71 yaşındaykən aramızdan cismani olaraq ayrıldı, adı, yaradıcılığı, məktəbiisə bu dünyada, ədəbiyyatımızda, tariximizdə qaldı.
Məmməd Araz1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub.Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsilalıb. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ƏdəbiyyatKurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi,"Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatındabaş redaktorun müavini işləyib. 1974-cü ildənömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub.Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.
Məmməd Araz vətənə,xalqına bağlı olan və bu məhəbbətini ürək yanğısı ilə qələməalan sənətkarlardan idi. Xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti RəyasətHeyətinin Fəxri Fərmanları, Azərbaycan Respublikasının İstiqlal ordeni (1995) ilətəltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatı olub(1992). Onun adına "Məmməd Araz" mükafatı təsis olunub (1993-cü ildən).Amma bütün yaradıcılığı boyu xalqına, adət-ənənələrinə, dərd-sərinə söykənənşeiriyyatı dəfələrlə yüksək səviyyədə mükafatlandırılsa da, onun qəlbən ən böyükmükafatı aid olduğu millətinin sevgisi, sayğısı idi:
Heç birmükafatın yetmədi mənə,
Bircə "sağolun" da bəsimdi, Vətən!
Bəsimdi, hər səhərtəltif yerinə,
Qapımda küləyinəsibdi, Vətən!
Allah rəhmət eləsin!
Digər Xəbərlər
06 Yanvar 2026 09:10
Emin PİRİ: AĞ XALATLI SEVGİ
05 Yanvar 2026 16:07
Məhyəddin Məhərrəmoğlunun növbəti şeirlər kitabı nəşr edilib
05 Yanvar 2026 08:09
ONU TORPAQ ÇAĞIRIRDI
31 Dekabr 2025 15:12
Nəriman Həsənzadə xəstəxanadan evə buraxıldı
29 Dekabr 2025 13:01
Rəşat Kəsəmənli: “Kaş mən də bu sənətdə atam kimi iz qoya bilim”
29 Dekabr 2025 11:00
HƏMRƏYLİK GÜNÜ MİLLİ BİRLİK, VƏTƏNƏ BAĞLILIQ HİSSLƏRİNİ ÖZÜNDƏ TƏCƏSSÜM ETDİRİR
27 Dekabr 2025 11:48
“Bu gün şair, artist, yazıçı, filosof, heykəltaraş, rejissor orden-medal, fəxri ad davası edirsə...”
25 Dekabr 2025 15:48


Bakı -°C

