Bu ilin ikinci Günəş tutulması başa çatıb - YENİLƏNİB

İlin ikinci və son Günəş tutulması başa çatıb.
Adalet.az xəbər verir ki, bu, qismən tutulma olub. Təbiət hadisəsi saat 21:29:32-də başlayıb və sentyabrın 22-si saat 01:53:33-də sona çatıb. Tutulma 4 saat 22 dəqiqə davam edib. Təbiət hadisəsinin maksimumu sentyabrın 21-i saat 23:43:04-də olub.
Hadisə Sakit okean, Yeni Zelandiya və Antarktidada görünsə də, Azərbaycandan müşahidə edilməyib.
***
21 sentyabr, saat 21:46
Sentyabrın 21-də saat 21:29-da ilin ikinci Günəş tutulması başlayıb. Bu, qismən Günəş tutulmasıdır.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Adalet.az-a verilən məlumata görə, tutulma hadisəsi sentyabrın 22-si saat 01:53-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olacaq.
Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək, lakin Azərbaycan ərazisindən müşahidə olunmayacaq.
Digər Xəbərlər

“By Elnur Music Hall” klubunun fəaliyyəti dayandırıldı - VİDEO

Yasamalda yaşayış binasında yanğın olub - VİDEO

Şəmistan Nəzirli vəfat edib

Antiterror əməliyyatında şəhid olan hərbçimizin bulağının açılışı oldu – FOTOLAR

DYP məktəbli bacı-qardaşın öldüyü qəza ilə bağlı çağırış etdi

“Bu hadisədə günah yalnız böyüklərdədir” – Ərşad Hüseynov

Külək güclənəcək - Sarı və narıncı XƏBƏRDARLIQ
