Bu ölkə evtanaziyanı qanuniləşdirəcək
İngiltərə və Uelsdə evtanaziyanın (yardımlı ölüm) leqallaşdırılmasını nəzərdə tutan qanun layihəsi Britaniya Parlamentində tarixi səsvermə nəticəsində qəbul edilib.
Adalet.az xəbər verir ki, parlamentarilər 330 səslə lehinə, 275 səslə əleyhinə olmaqla qanun layihəsini dəstəkləyiblər. Bu qanun, həyatlarının son altı ayını yaşayan ölümcül xəstələrə tibbi yardım vasitəsilə həyatlarına son verməyi seçmək hüququ verir.
Parlamentdə beş saat davam edən emosional müzakirələr zamanı deputatlar şəxsi hekayələrini bölüşüb, layihənin tərəfdarları bunun insan hüquqları baxımından əhəmiyyətini vurğulayıblar. Layihənin əleyhinə olanlar isə ölümcül xəstələr üçün daha yaxşı tibbi və psixoloji qayğı təmin edilməsinin vacibliyini önə çəkiblər.
Qanun layihəsi İcmalar Palatasında ilk mərhələdən keçdikdən sonra bir neçə ay davam edəcək parlament müzakirələrinə, o cümlədən Lordlar Palatasında nəzərdən keçirilməyə göndəriləcək. Əgər bu proses uğurla yekunlaşarsa, qanun qüvvəyə minəcək.
Bu tarixi qərar cəmiyyətin müxtəlif təbəqələrində həm dəstək, həm də narahatlıqla qarşılanıb. Qanun layihəsinin tərəfdarları bu qərarı mərhəmət və azad seçim hüququ kimi qiymətləndirərkən, əleyhdarları daha yaxşı alternativlərin axtarılmasını vacib hesab edir.
Digər Xəbərlər
03 Sentyabr 2026 13:41
Rusiyada səfərbərlik olacaqmı? - Putin AÇIQLADI
03 Sentyabr 2026 13:21
Putin: ABŞ ilə münasibətlərin bərpasına ümid edirik
03 Sentyabr 2026 13:19
Simonyan Bakıya mümkün səfəri barədə DANIŞDI
03 Sentyabr 2026 12:31
Əhməd Davudoğlu barəsində istintaq başladıldı
03 Sentyabr 2026 11:55
Moskvanın hava limanları uçuşları dayandırıb
03 Sentyabr 2026 11:52
Putin təbliğatçılarının mühavizəsini gücləndirir
03 Sentyabr 2026 11:10
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
03 Sentyabr 2026 11:00


Bakı -°C

