Bu ölkə göyöskürək epidemiyası elan etdi
Yeni Zelandiyanın Səhiyyə Nazirliyi ölkədə göyöskürək epidemiyası elan edib.
Adalet.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, Yeni Zelandiya göyöskürək epidemiyasının ilkin mərhələsindədir və dövlət səviyyəsində əlaqələndirilmiş cavab tədbirləri görülür.
“Ölkə daxilində xəstəliyə yoluxma halların sayı həftələrdir durmadan artır. Hazırda milli epidemiya elan etmək üçün hədlərə uyğun səviyyələrə çatıb. Dörd həftə ərzində (2024-cü il oktyabrın 19-dan noyabrın 15-dək) 263 yeni göy öskürək infeksiyası qeydə alınıb ki, bu da cari il üçün ən yüksək göstəricidir”.
Nazirlik körpələrin və hamilə qadınların peyvənd olunmasının vacibliyini qeyd edib. Bütün uşaqları üç aylıq yaşa çatdıqdan sonra, eləcə də bütün hamilə qadınlara 16 həftəliyində peyvənd etmək tövsiyə olunur.
Digər Xəbərlər
17 Oktyabr 2026 16:13
Bu qidalar beyin zədələnməsi riskini artıra bilər
17 Oktyabr 2026 09:38
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
16 Oktyabr 2026 16:50
Xocalıda 147 sakin tibbi müayinədən keçirilib
15 Oktyabr 2026 13:24
“Hər gün saatlarla telemsafonda oturanların kürək hissəsi donqarlaşır”
14 Oktyabr 2026 07:21
Dırnaqlardakı dəyişikliklər hansı xəstəliklərdən xəbər verir?
14 Oktyabr 2026 07:19
Yedikləriniz əhvalınıza təsir edirmiş
13 Oktyabr 2026 18:22
Yeni doğulmuş körpədə çətin əməliyyat aparıldı - 300 mində bir rast gəlinir
13 Oktyabr 2026 17:35


Bakı -°C

