adalet.az header logo
  • Bakı -°C
07 Oktyabr 2026 11:57
75
SİYASƏT
A- A+

"Bu qanun layihəsinin adını "Əkindən bazara qədər" qoymalı idik" - Deputat

"Bu qanun layihəsinin adını "Əkindən bazara qədər" qoymalı idik. Burada torpağın əkilməsindən başlayaraq, məhsulun istehsalı, onun sertifikatlaşdırılması, bazara çatması və satışına qədər olan hər bir məsələ öz əksini tapıb".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novrzuov deyib. 

O bildirib ki, bu gün dünyada ərzaq təhülkəsizliyi enerji və digər təhlükəsizliklərlə bərabər tutulur: "Ərzaq təhülkəsizliyi indi ön plana keçir. Bu çox vacib olan məsələdir. Azərbaycan da burada ön sıralarda olan ölkələrdəndir.  Bu məsələlərin həyata keçirilməsindən öz addımlarını atır. İşğaldan azad olunan ərazilərdə istehsal olunan kənd təsərrüfatı məhsulları artıq dünya bazarlarına çıxarılır".