Bu qurumların maliyyə vəsaitlərindən istifadə qaydası dəyişir
Kitabxana və muzeylərin maliyyə vəsaitlərinin istifadə qaydası dəyişir.
Adalet.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlara dəyişiklik təklif olunur.
“Kitabxana işi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, 31-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində “vəsait kitabxananın sərəncamında qalır” sözləri “vəsaitdən (qeyri-dövlət kitabxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir” sözləri ilə əvəz edilir.
“Muzeylər haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə, 25-ci maddəsinin ikinci cümləsində “gəlir bütövlükdə muzeylərin sərəncamında qalır” sözləri “gəlirdən (bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir” sözləri ilə əvəz edilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Digər Xəbərlər
28 Oktyabr 2026 18:44
FHN növbəti “açıq qapı günü” tədbiri keçirdi
28 Oktyabr 2026 17:40
Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
28 Oktyabr 2026 12:27
Yağış yağacaq
27 Oktyabr 2026 18:10
Pomidorlar sahədə qalıb...
27 Oktyabr 2026 16:44
Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?
27 Oktyabr 2026 16:06
Azərbaycanda hava dəyişir: Güclü yağış, sel, daşqın...
27 Oktyabr 2026 15:31
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
27 Oktyabr 2026 14:34


Bakı -°C

