"Bu tullantıların təsirini azaltmaq üçün əlimizdən gələni etməliyik" - Muxtar Babayev
Rəqəmsal texnologiyalardan iqlim dəyişmələri üzrə mübarizədə istifadə etmək emissiyaların təsirlərinin azaldılmasında əsas vasitədir.
Adalet.az xəbər verir ki, bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində keçirilən Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə yüksəksəviyyəli dəyirmi masada deyib.
Onun sözlərinə görə, informasiya-kommunikasiya sektoru qlobal emissiyaların dörd faizini təşkil edir:
“Bu tullantıların təsirini azaltmaq üçün əlimizdən gələni etməliyik. Beynəlxalq Telekommunikasiya İttifaqı Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamənin COP29 rəhbərliyinə təqdim edib. Burada kollektiv öhdəliklərimiz ortaya qoyulub. Rəqəmsal texnologiyalardan iqlim dəyişmələri üzrə mübarizədə istifadə etmək emissiyaların təsirlərinin azaldılmasında əsas vasitədir. Bu texnologiyalar emissiyaların azaldılması, iqlim adaptasiyası, eyni zamanda dayanıqlılığın gücləndirilməsinə gətirib çıxarır”.
Nazir bildirib ki, bu tədbirdə dayanıqlı infrastruktur, inklüziv əlçatanlılıq və rəqəmsal boşluq müzakirə ediləcək:
"Müzakirələr zamanı az inkişaf etmiş ölkələrdə də bərabər və ədalətli həll yolları tapılmalıdır. COP29 rəhbərliyi hər kəsi müzakirələrdə iştirak etməyə dəvət edir. Bu müzakirələr rəqəmsal transformasiyanın iqlim hədəflərinə böyük töhfə verəcək”.
Digər Xəbərlər
17 Dekabr 2025 17:53
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
17 Dekabr 2025 17:25
Səhiyyə Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib
17 Dekabr 2025 16:41
Baş nazirdən beynəlxalq ikili diplomla bağlı sərəncam
17 Dekabr 2025 16:29
Ailə vəzifələri olan işçilərin işdən çıxarılması cinayət məsuliyyəti yaratsın - TƏKLİF
17 Dekabr 2025 15:57
"Bu, kişini hörmətdən salmır, ona olan etibarı artırır" - Komitə sədri
17 Dekabr 2025 15:42
MTV kanalına xəbərdarlıq edilib
17 Dekabr 2025 14:35
Kamran Əsədovun cinayət işinin detalları - Pinəçi də istintaqa dəvət olunub - FOTOLAR
17 Dekabr 2025 14:31


Bakı -°C

