Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
Paytaxtın iki yol sahəsində təmir işləri aparılır.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə paytaxtın bəzi ərazilərində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar qısa müddətlik hərəkət tam məhdudlaşdırılacaq.
“Belə ki, Abbasqulu ağa Bakıxanov küçəsi (Azadlıq prospektindən Ceyhun Hacıbəyli küçəsinədək) bu gün saat 21:00-dan iyulun 6-sı, saat 06:00-dək yol tam bağlanacaq.
Bundan başqa, Nazim Hikmət küçəsi (Mətbuat prospektindən Abbas Mirzə Şərifzadə küçəsinədək) iyulun 5-ı, saat 07:00-dan iyulun 7-si, saat 23:00-dək yol tam bağlanacaq.
Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan müddətdə alternativ marşrutlardan istifadə etsinlər. Müvəqqəti yol nişanlarının və hərəkətin təşkili ilə bağlı tənzimləyici vasitələrin tələblərinə əməl etsinlər”, - deyə məlumatda qeyd edilib.
Digər Xəbərlər
28 Iyul 2026 17:28
Məhsuldarlıq çox aşağı olub
28 Iyul 2026 17:12
Qayıdış davam edir – Badara sakinləri doğma yurdlarını yenidən dirçəldir
28 Iyul 2026 14:56
“Meyvə-tərəvəzin qiyməti bazar tərəfindən tənzimlənir...”
28 Iyul 2026 13:21
Elə gün olmur ki...
28 Iyul 2026 11:10
Milli Qəhrəman Natiq Qasımovun 5 gün tək başına döyüşdüyü Alban məbədi - VİDEO
27 Iyul 2026 17:45
Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır
27 Iyul 2026 17:12
Azərbaycanda 2 mindən çox əlilliyi olan şəxs işlə təmin edilib
27 Iyul 2026 16:59


Bakı -°C

