adalet.az header logo
  • Bakı -°C
17 Noyabr 2025 18:03
64
AVTOMABİL
A- A+

Bu yollarda sıxlıq var - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Adalet.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, hər iki istiqamətdə;

2. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

4. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

9. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

12. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

13. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

14. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

16. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

17. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;

18. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.