Buzlaqların altında gizli nüvə bazası aşkar edildi
NASA tərəfindən aparılan araşdırmalar zamanı Qrenlandiyanın buz təbəqəsi altında soyuq müharibə dövründən qalma gizli nüvə bazası aşkar edilib.
Adalet.az xəbər verir ki, NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının alimi Çad Qrin Qrenlandiyanın buz təbəqəsi üzərində uçan pilotsuz uçuş aparatının radar məlumatlarını araşdırarkən gözlənilməz bir quruluşla qarşılaşıb. Radar məlumatlarından və 3D modelləşdirmədən istifadə edilən araşdırmalar nəticəsində bu quruluşun Camp Century olduğu anlaşılıb.
İkinci Dünya Müharibəsi dövrü bazası olan Camp Century, 21 tuneldən ibarət 9800 fut uzunluğunda nəhəng yeraltı quruluşa malikdir və işlədiyi vaxt nüvə reaktoru ilə təchiz edilmişdir. Bazanın tikintisi zamanı rast gəlinən gözlənilməz problemlər layihənin iflasa uğramasına səbəb olub. Bu problemlər arasında insan tərəfindən istehsal olunan tullantıların buz təbəqəsinin altında yayılması və nüvə raketlərinin təhlükəsiz saxlanmasını və buraxılmasını qeyri-mümkün edən buz təbəqəsindəki hərəkətlər daxildir.
Baza tərk edildikdən sonra onun çox hissəsi buzlaqın ağırlığına tab gətirməyib. Nüvə reaktoru çıxarılsa da, ekoloqlar bazada saxlanıla biləcək təhlükəli tullantılardan narahatdırlar.
Digər Xəbərlər
05 Dekabr 2025 12:11
İstanbulu gəzərək kəşf edin - FOTOLAR
05 Dekabr 2025 12:01
Moskva ABŞ-ın reaksiyasını gözləyir
05 Dekabr 2025 10:30
Hindistanda Putini belə qarşıladılar - VİDEO
04 Dekabr 2025 21:42
Türkiyədən Rusiya və Ukraynaya XƏBƏRDARLIQ
04 Dekabr 2025 14:55
Putin Donbası "nəyin bahasına olursa-olsun"işğal edəcəyini açıqlayıb
04 Dekabr 2025 11:29
ABŞ-da F-16 qırıcısı qəzaya uğradı
04 Dekabr 2025 10:52
GoTürkiye üçüncü mini-serialını təqdim etdi: “Hidden Lover” - FOTO
04 Dekabr 2025 10:18


Bakı -°C

