Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb

Çanaqqala (Dardanel) boğazında gəmilərin hərəkəti dayandırılıb.
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi xəbər yayıb.
Bildirilir ki, qərar əlverişsiz hava şəraiti ilə əlaqədar verilib.
“Əlverişsiz hava şəraiti (duman) səbəbindən (yerli vaxtla) saat 9:00-dan etibarən Çanaqqala boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb”, - deyə məlumatda bildirilir.
Digər Xəbərlər

Putin Baydenin keçmiş köməkçisinə vətəndaşlıq verdi

Ədalətli sülh o zaman mümkündür ki... - Ərdoğan

Əhməd əl-Şaraa: İsrail Suriya ərazisindən çıxmalıdır
