"Canlılara müdaxilə təbiətlə balansın pozulması ilə nəticələnər" - Mərkəzi Nəbatat Bağından MÜRACİƏT

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində publik hüquqi şəxs “Mərkəzi Nəbatat Bağı” paytaxt sakinləri və qonaqlara müraciət edib.
Mərkəzi Nəbatat Bağından Adalet.az-a verilən xəbərə görə, Mərkəzi Nəbatat Bağı təbiətlə vəhdət təşkil edən bir ərazi kimi flora və faunanın qorunmasına xüsusi diqqət yetirir.
Qeyd edilib ki, bu səbəbdən orada yaşayan istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğu mümkündür: “Nəbatat Bağında yaşayan canlılara müdaxilə isə təbiətlə balansın pozulması ilə nəticələnər ki, bu da ekoloji baxımdan mənfi təsirlərə yol açar.
Bir daha sakinlərdən və şəhərimizin qonaqlarından Mərkəzi Nəbatat Bağında təyin olunmuş yerlərdə gəzmələri, azyaşlıları diqqətdən kənar qoymamaları xahiş edilir”.
Qeyd edək ki, bu gün iyulun 28-də Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan vurması barədə xəbər yayılıb.
Digər Xəbərlər

Azərbaycanda hostellərə müşahidə kamerası qoyulacaq

İsti hava şəraiti həftə sonunadək davam edəcək

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status əldə edəcək

Qanunsuz saxlanılan heyvanlar Bakı Zooloji Parkına təhvil verildi

Bakıda söküntüsü planlaşdırılan binanın sakinləri kompensasiyadan narazıdırlar - VİDEO

Sabah 40 dərəcə isti olacaq - PROQNOZ

Ev almaq istəyənlərə şad xəbər: Nizamnamə kapitalı artırıldı
