Çaqqal var gödən dağıdır, canavarın adı bədnamdır, Zaxarova!
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Vladimir Zelenskini tez-tez təhqir edir.
Adalet.az xəbər verir ki, bu dəfə o Vladimir Zelenskini “öz ambisiyalarının qurbangahında” Ukrayna vətəndaşlarını qurban verdiyi üçün tarixə canavar kimi düşəcəyini bəyan edib.
Rusiya rəsmisinin sözlərini Sputnik radiosu yayıb.
Zaxarova fikirlərinə bu sözləri də əlavə edib:“Çünki o, öz ölkəsinə nələr etdiyini, onun tarixində, bir çox başqa ölkələrin də tarixində, ümumiyyətlə, dünya tarixində əbədi olaraq qalacağını başa düşmür. Zelenski tarixə öz vətəndaşlarını öz ambisiyalarının, axmaqlığının, nadanlığının, dar düşüncəsinin, ləyaqətsizliyinin, bütün ehtiraslarının qurbangahında qurban verən canavar kimi düşəcək”
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi onu əsəbləşdirən səbəbi də bəyan edib. Deyib ki, Ukrayna Ukrayna hərbçilərinin, eləcə də dəfələrlə vətənə qayıtmaq arzusunda olan hərbi əsirlərin cəsədlərini geri almaq istəmir.
Qeyd edək ki, Rusiya -Ukrayna müharibəsi başlayandan Zaxarovanın müharibə ilə bağlı bütün açıqlamaların Zelenskini təhqir cümlələri var: O Ukrayna liderini ""qərbin tulası", “kloun” və “butaforik lider”, “Zelenskinin təkcə vaxtı keçməyib, o, həm də iylənib”, "narkoman" adlandırıb.
Maraqlıdır ki, Zaxarovanın sonuncu açıqlamasından dərhal sonra Ukrayna Hərbi Hava Qüvvələri Kursk vilayətinin Tetkino kəndinə zərbələr endirib.
Məlumata görə, iki F-16 təyyarəsi yaşayış məntəqəsinə idarə olunan bombalar atıb.
P.S. Zaxarova Zelenskiyə elə hiddətlənir ki, onu " öz vətəndaşlarını öz ambisiyalarının, axmaqlığının, nadanlığının, dar düşüncəsinin, ləyaqətsizliyinin, bütün ehtiraslarının qurbangahında qurban verən canavar" kimi elə təhqir edir ki, adamın yadına bir atalar sözü düşür: Çaqqal var gödən dağıdır, canavarın adı bədnamdır...
Vallah elə bil, Zelenski Rusiyaya işğalçı hücumu başladıb, günahsız insanları raketlərlə vurmaq , onların gözünü qorxutmaq da Zelenskinin ideyasıdı. Putin sadəcə" aydan arı, sudan duru" dur Zaxarovanın gözündə...
Əntiqə Rəşid
Digər Xəbərlər
20 Noyabr 2025 18:18
Paşinyan Astanadadır
20 Noyabr 2025 14:03
Lukaşenko ABŞ-yə səfər edəcək
20 Noyabr 2025 13:05
Buça qətliamının günahkarı kimdir?
20 Noyabr 2025 12:10
COP31 Türkiyədə keçiriləcək
20 Noyabr 2025 12:08
Paytaxtın köçürülməsi seçim deyil, məcburiyyətdir – Pezeşkian
20 Noyabr 2025 11:54
Trampın Ukrayna üzrə "Sülh planı" ərazi güzəştindən ibarətdir - Politoloq
20 Noyabr 2025 11:37
Tramp Senatı Rusiyaya qarşı yeni sanksiyalar tədbiq etməyə çağırır
20 Noyabr 2025 10:33


Bakı -°C

