"Cənubi Qafqazda sabitliyin qorunmasında tam maraqlıyıq" - Zaxarova

"Biz Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında tam maraqlıyıq".
Adalet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, həmçinin yüklərin daşınması üçün Laçın və Ağdam marşrutlarından istifadə edilməsindən bəhs edib: "Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun təşəbbüsü əsasında Dağlıq Qarabağdakı çətin humanitar vəziyyətin həllinə töhfə verməkdə davam edir. Sentyabrın 18-də Beynəlxalq Qızıl Xaç Komitəsinin səyləri, Rusiya sülhməramlı qoşunları və Rusiya Xarici İşlər Nazirliyinin iştirakı ilə hər iki istiqamətdən eyni vaxtda regiona ərzaq və dərman partiyaları çatdırılıb. Biz yerli əhalinin maraqlarına əsaslanaraq maneəsiz və müntəzəm humanitar yardımların davam etdirilməsini gözləyirik".
Digər Xəbərlər

Ərdoğandan “Terrorsuz Türkiyə” şərhi

Rusiya Polşaya nota verdi

ABŞ Dövlət Departamenti 1300-dən çox diplomatı işdən çıxarır

Ankarada FETÖ-nün maliyyə şəbəkəsinə zərbə: 16 nəfərə həbs qərarı

"Rusiya qələbəyə yaxınlaşır, Ukrayna uduzdu" - Orban

Moskva bazarında azərbaycanlılar saxlanıldı - VİDEO

Bu ölkədə ilk dəfə Hərbi Hava Qüvvələrinə qadın başçılıq edəcək
