"Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq" - Dövlət başçısı
Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq.
Adalet.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.
“COVID-19 pandemiyası dövrü istisna olmaqla, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları iki ildən bir keçirilməkdədir. Pandemiya vaxtı müəyyən fasilə yarandı, lakin indi əvvəlki qrafikə qayıtmışıq. 2024-cü ildə keçirilən son Forumu xatırlayıram. O zaman da qlobal gündəliyin mühüm məsələlərini müzakirə etmişdik. Lakin ötən iki il ərzində bir çox məsələlərin müsbət və mənfi istiqamətlərdə necə dəyişdiyini görürük. Mənfi məqamlar sırasında yaxınlığımızda yeni müharibələrin başlanmasını qeyd etmək olar”, - dövlət başçısı qeyd edib.
Azərbaycan Prezidenti müsbət məqamlardan biri kimi Ermənistanla sülhün əldə olunmasını göstərib.
Prezident İlham Əliyev Ermənistanla sülh sazişinin ötən ilin avqustunda paraflandığını xatırladıb: “Sazişin harada paraflanması da çox rəmzi məna daşıyır. O, Vaşinqtonda, Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanıb. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri fikir ayrılığına dair sənədi deyil, sülh sazişinin paraflanmış mətnini ABŞ Prezidentinin qarşısında imzalayıblar. Bununla yanaşı, Birgə Bəyannamə də imzalanıb. ABŞ Prezidenti həmin sənədi şahid qismində imzalayıb. Beləliklə, biz yalnız ədaləti bərpa etməklə və ərazilərimizi azad etməklə kifayətlənmədik, həm də Cənubi Qafqazda müstəqil Cənubi Qafqaz dövlətlərinin tarixində əvvəllər mövcud olmayan tamamilə yeni bir vəziyyət yaratdıq. Üstəlik, bu yeni reallığı Ağ Evdə rəsmiləşdirdik”, - dövlət başçısı qeyd edib.
Digər Xəbərlər
27 Oktyabr 2026 11:08
"Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb" - İlham Əliyev
27 Oktyabr 2026 11:07
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək dərsləri verilməməlidir" - Prezident
27 Oktyabr 2026 11:03
Milli Məclisin iclası başladı
27 Oktyabr 2026 10:55
İran-İsrail müharibəsi başlasa, hədəf Azərbaycan olacaq?
27 Oktyabr 2026 10:48
"İkili standartlar beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır" - İlham Əliyev
27 Oktyabr 2026 10:47
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"
27 Oktyabr 2026 10:44
"Beynəlxalq hüququ, ədaləti bərpa etdik" - Prezident
27 Oktyabr 2026 10:37


Bakı -°C

