“Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmağa çalışırlar”
Avropa İttifaqının missiyası regionda yenə təxribat və gərginlik yaratmaqla məşğuldur. Bu dəfə də Polşa prezidentinin sərhəd bölgəsinə gəlməsi, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək Avropa İttifaqının Ermənistandakı missiyası ilə birgə ölkəmiz əleyhinə təbliğatda iştirakı sadəcə təəssüf doğurur. Rəsmi Bakı haqlı olaraq bu təxribatı Azərbaycan-Polşa münasibətlərinə zidd addım kimi qiymətləndirdi. Rəsmi Varşavanın faktiki Azərbaycanın legitim təhlükəsizlik maraqlarına təsir edən bu davranışı strateji tərəfdaşlıqla ziddiyyət təşkil edir.
Ümumiyyətlə, Avropa İttifaqının missiyası regionda destruktiv fəaliyyətlə məşğuldur. Qərb Cənubi Qafqazla bağlı çirkin planını bu missiya vasitəsilə Ermənistan üzərindən reallaşdırmağa çalışır. “Mülki missiya”nın sıralarının genişləndirilməsi də buna xidmət edir.
Bu arada, Ermənistanın silahlandırılması, Fransanın diktəsilə revanşizmin intesivləşməsi də regionda yeni münaqişə dalğası yaratmağa hesablanıb. Qərbin əsas məqsədi Ermənistana revanşa həvəsləndirmək, bölgədə dayanıqlı sülhə mane olmaqdır. Bu səbəbdən Ermənistan COP29 konfransına qatılmadı və Bakı ilə konstruktiv dialoqdan növbəti dəfə yayındı. Halbuki Azərbaycan COP29-u sülh platforması kimi gördüyünü ilk gündən elan etmişdi və bu, sülh üçün fürsət idi. Amma görünən budur ki, hazırda Ermənistanı sülhdən çox yeni münaqişə maraqlandırır. Bu ölkənin baş naziri Nikol Paşinyan guya ilin sonuna qədər yekun sülh sənədini imzalamağa hazır olduğunu açıqlayıb. Amma Ermənistan rəsmilərinin davranışları ilə verilən bəyanatlar ziddiyyət təşkil edir. Rəsmi Bakının sülh təklifi, prinsipləri aydındır. Qarşı tərəf isə prosesə müxtəlif vasitəçiləri cəlb etməklə sülhü yubatmağa çalışır.
Prezident İlham Əliyev də bəyan edib ki, “vasitəçilər də bizə lazım deyil. Biz Ermənistanla dövlət sərhədinin delimitasiyasını vasitəçilərsiz etdik. Danışıqlarda da bizə heç bir vasitəçi lazım deyil. Ermənistan da buna bel bağlamasın”.
Yeni müharibə isə Ermənistanın məhvi olacaq. Çünki rəsmi Bakı xəbərdarlıq edib -istənilən təxribatın ən sərt formada cavabı olacaq.
Könül Nurullayeva,
Millət vəkili
Digər Xəbərlər
11 Dekabr 2025 18:30
Macarıstan Prezidenti Ceyhun Bayramovu qəbul etdi - YENİLƏNİB
11 Dekabr 2025 18:16
Samir Nuriyev hökumət üzvlərinə tapşırıqlar verdi - FOTOLAR
11 Dekabr 2025 15:59
İlham Əliyev Sərdar Berdiməhəmmədova təbrik ünvanladı
11 Dekabr 2025 15:55
Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir
11 Dekabr 2025 13:38
“Bu məsələ Ramiz Mehdiyevlə əlaqədə olan şəxslərə də...”
11 Dekabr 2025 13:20
Laszlo Köver TÜRKPA Baş katibini qəbul edib
11 Dekabr 2025 12:30
Prezident Berdiməhəmmədova zəng etdi - Türkmənistana gedə bilməyəcək
11 Dekabr 2025 11:52


Bakı -°C

