"Çeşmə" Ədəbi Məclisi ilə "Bəzmgah" təşkilatının birgə tədbiri - FOTO
Aprel ayının 26- da "Çeşmə" Ədəbi Məclisi ilə "Bəzmgah" təşkilatının birgə tədbiri keçirildi. Tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, Azərbacan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair-qəzəlxan Lilpar Cəmşidqızı açdı. O, tədbirdə iştirak edən qonaqları salamladıqdan sonra ilk olaraq sözü Azərbaycan Yazıçılar Bilyinin üzvü, şair-qəzəlxan Gülarə Munisə verdi. Gülarə xanım, “Çeşmə” Ədəbi Məclisi ilə “Bəzmgah” təşkilatının birgə görüşlərinin tez-tez keçirilməsini alqışladı və təşkilatçılara, həmçinin iştirakçılara uğurlar dilədikdən sonra öz qəzəllərindən bir neçəsini səsləndirdi. Məclisdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, ustad şair Əhməd Haqsevərə söz verildi. O da məclis üzvlərini təbrik elədikdən sonra qəzəllərindən səsləndirdi. Sonra məclisin üzvü Azərbaycan
Yazıçılar Birliyinin Xəzər Bölməsinin üzvü, ustad şair-qəzəlxan Əşrəf Pirşağılıya söz verildi. O, məclis iştirakçılarını salamladıqdan sonra özünün qələmə aldığı son qəzəllərindən bəzilərini səsləndirdi. Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair- qəzəlxan Xatirə Xatuna söz verildi. Xatirə xanım da bu Ədəbi Məclisin Əruzun və gənc şairlərin inkişafında, formalaşmasında çox böyük əhəmiyyət daşıyacağını qeyd edib, məclisin sədrinə gələcək işlərində uğurlar arzuladı, tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirdi və axırda qəzəllərindən bir neçəsini səsləndirdi. Sonra növbə ilə digər şairlərə söz verildi və onlar da növbə ilə hər biri öz qəzəlini səsləndirdi. Məclisdə iştirak edən istedadlı şair Ceyhun Rəşidov, Nicat Nəsri, Əliyar Mərdiyev, əruzun bilicilərindən biri olan Rüstəm Hacıyev, gənc şairlər Həsən Lütfi, Əli Əkbər, Əlhəm Dəşti, İsa Salim, Xəzər Bölməsinin üzvü Araz Əfəndi, Murad Mahir, Azər Vahid qəzəllərindən nümunələr səsləndirdilər. Şairə Sevinc Murad və ağsaqqal şair Mirnəzər Mirkazımlı da öz şeirlərini səsləndirdikdən sonra böyük həvəslə başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı. Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranın rəhbəri Rəşid Süleymanova öz adından minnətdarlığını ünvanladı və iştirakçılar adından təşəkkürünü bildirdi. Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.
Digər Xəbərlər
01 May 2026 17:13
Şehlə günahını yuyan şair - Ağacəfər Həsənli - Esmira İsmayılova yazır
01 May 2026 15:38
““ULDUZ”LU GÖRÜŞLƏR”: budəfəki qonaq yazıçı-publisist Təranə Vahid olub - FOTOLAR
01 May 2026 09:42
"Adamın adamı" - Pərvanə Bayramqızı yazır
30 Aprel 2026 10:41
Əbülfət Mədətoğlu: Allah
29 Aprel 2026 13:44
Nizami Gəncəvi yaradıcılığında qadın obrazlarının müasir interpretasiyası
29 Aprel 2026 10:10
Əbülfət Mədətoğlu:O qız indi , nə iş görür ilahi?!.
28 Aprel 2026 14:53
Əbülfət Mədətoğlu: Sənlə birgə, biz qocaltdıq illəri...
27 Aprel 2026 15:00


Bakı -°C

