19 Iyul 2025 12:14
675
SİYASƏT

Ceyhun Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar telefon danışığı aparıblar.

Adalet.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. İki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb, həmçinin sıx və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində göstərilən səylərdən məmnunluq ifadə olunub.

Nazirlər həmçinin çoxtərəfli platformalarda, xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində məhsuldar əməkdaşlığı qeyd ediblər.