Çöküntü və süxurların istifadəsinin hüquqi əsası yaradılır
Yerin təkindən istifadənin növlərinin siyahısı genişləndiriləcək.
Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Yerin təki haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsi yerin təkindən istifadənin növləri sırasına daxil ediləcək.
Bildirilib ki, Azərbaycanda su ehtiyatlarının artırılması, əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması çərçivəsində mövcud su anbarlarının və sututarların təmizlənməsi nəzərdə tutulur.
Bu da həmin sututarlarda toplanmış milyonlarla kubmetr qum, qum-çınqıl və gil tərkibli materialların çıxarılması və iqtisadi dövriyyəyə cəlb olunması ilə nəticələnəcək.
Həmçinin, ölkədə yol infrastrukturunun yaxşılaşdırılması çərçivəsində yolötürücü tunellərin tikintisi yer təkindən süxurların çıxarılması ilə nəticələnir.
Sözügedən çöküntü və süxurların istifadəsinin hüquqi əsasının yaradılması onlardan istifadənin qanuniləşməsinə, hesabatlılığın təmin edilməsinə və rəqabət mühitinin təmin olunmasına xidmət edəcək.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Digər Xəbərlər
20 Aprel 2026 19:15
Xanım sürücülər diqqətli olsa...
20 Aprel 2026 17:51
Naxçıvanda çaylardan sel keçdi
20 Aprel 2026 17:40
Bu əhəng daşı və qum-çınqıl yataqları "AzerGold"un istifadəsinə verilib
20 Aprel 2026 13:23
Sabunçu tunelindəki təhlükəli vəziyyət aradan qaldırıldı
20 Aprel 2026 12:31
Sabah yağış yağacaq
20 Aprel 2026 11:13
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində sosial-emosional öyrənmə proqramı icra olunur
20 Aprel 2026 10:04
Yayda meyvə-tərəvəzlər bahalaşa bilər - VİDEO
20 Aprel 2026 09:35


Bakı -°C

