"Colan təpələri İsrailin ayrılmaz hissəsi olaraq qalacaq" - Netanyahu
"Colan təpələri əbədi olaraq İsrailin ayrılmaz hissəsi olaraq qalacaq".
Adalet.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda “hamı İsrailin ayaqları üzərində deyil, bu yüksəkliklər üzərində nəzarət etməsinin vacibliyini anlayır".
"Colan təpələri üzərində nəzarətimiz və gücümüz bizim təhlükəsizliyi təmin edir", - İsrailin Nazirlər Kabinetinin rəhbəri deyib.
O, həmçinin bildirib ki, Bəşər Əsədin Suriyadakı hakimiyyətinin sona çatması İsrailin Livanın şiə hərəkatı "Hizbullah" və İrana vurduğu zərbələrin birbaşa nəticəsidir.
"Biz Yaxın Şərqin simasını dəyişirik", - deyə siyasətçi qeyd edib.
O əlavə edib ki, İsrail “fərqli Suriya görmək istəyir və sülh içində yaşamaq istəyənlərə əlini uzadır”.
Digər Xəbərlər
27 Yanvar 2026 19:00
Rusiyadan nüvə yanacağının alınmasına qadağa qoyulur
27 Yanvar 2026 18:43
Türkiyədən Suriyaya 600 min nəfər qayıdıb - Ərdoğan
27 Yanvar 2026 13:31
ABŞ-də donvurmadan ölənlərin sayı 34 nəfərə çatdı
27 Yanvar 2026 13:11
Aİ ilə Hindistan təhlükəsizlik və müdafiə paktı imzaladı
27 Yanvar 2026 12:55
Fransada 15 yaşdan kiçiklər üçün sosial media qadağan olundu
27 Yanvar 2026 10:41
Ərdoğan Ermənistana 10 milyon dollar maliyyə yardımı edib? - RƏSMİ CAVAB
26 Yanvar 2026 20:32
Şimal dənizində yeraltı karbon qazı anbarı yaradılır
26 Yanvar 2026 19:13


Bakı -°C

