COP29 çərçivəsində Orta Dəhlizin rəqəmsallaşdırılması müzakirə olunacaq
Noyabrın 20-də COP29 çərçivəsində “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.
Adalet.az xəbər verir ki, tədbirin məqsədi ölkələri Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutlarının rəqəmsallaşdırılmasına təşviq etməkdir.
Tədbirdə aşağıdakı mövzular müzakirə olunacaq:
- Yaşıl, dayanıqlı nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı uğurlu təcrübələr;
- İnnovativ texnologiyaların yükdaşımalarda karbon qazı emissiyasının azaldılmasında rolu;
- Enerji səmərəliliyinin artırılması və əməliyyat əlaqəsinin yaxşılaşdırılması üçün rəqəmsallaşmadan, intellektual nəqliyyat sistemlərindən istifadə örnəkləri;
- Dayanıqlı nəqliyyat əlaqələrinin təmin edilməsində avtomatlaşdırma və süni zəkanın potensial rolu;
- Nəqliyyat dəhlizlərinin rəqəmsallaşmaya keçidinin işçi qüvvəsinə təsiri, insan resurslarının inkişafı və yaşıl iş yerlərinin yaradılması imkanları;
- Çoxtərəfli İnkişaf Banklarının dayanıqlı və rəqəmsal nəqliyyat dəhlizlərinin inkişafında rolu.
Tədbirin sonunda regionda dayanıqlı inkişaf və rəqəmsal transformasiya ilə bağlı irəliləyişə nail olmaq üçün kollektiv öhdəliyi əks etdirən kommunike qəbul olunması nəzərdə tutulur.
Digər Xəbərlər
21 Oktyabr 2026 23:26
Leyla Əliyeva Səmərqənddə Əminə Ərdoğanla bir araya gəldi - YENİLƏNİB +FOTOLAR
21 Oktyabr 2026 13:06
Sulutəpəyə gedənlərin nəzərinə - Yol bağlandı
21 Oktyabr 2026 12:46
Pensiya, müavinət alanlara şad xəbər: Gələn il...
21 Oktyabr 2026 12:30
Şimşək çaxacaq, dolu düşəcək
21 Oktyabr 2026 12:19
"Qanunsuz bələdiyyə qərarları ləğv edilib" - Baş idarə rəisi
21 Oktyabr 2026 12:06
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
21 Oktyabr 2026 11:12
DYP əhaliyə müraciət etdi
21 Oktyabr 2026 10:48


Bakı -°C

