COP29-da dayanıqlılıq çağırışlarına toxunan xalça ekspozisiyaları təqdim olundu
11 noyabr tarixindən etibarən Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlığı nəticəsində ərsəyə gələn, dayanıqlı material və boyalardan istifadə etməklə qlobal iqlim çağırışları mövzusunda hazırlanan xalçaların ekspozisiyası tədbir iştirakçılarına təqdim olunub.
COP29 Azərbaycan Əməliyyat Şirkətindən Adalet.az-a verilən məlumata görə, COP29 konfrans məkanı Bakı Stadionunun həm Mavi həm də Yaşıl zonalarında təqdim edilən bu xalçalar ölkəmizin zəngin mədəni irsinin dövrümüzün aktual problemlərinin həlli istiqamətində göstərilən səylərin vəhdətini ifadə edir. Konfransın ideya və çağırışlarına uyğun olaraq tamamilə "yaşıl" və ekoloji cəhətdən zərərsiz boya və təbii yundan hazırlanmış xalçaların hər biri "Azərxalça" ASC-nin Şabran emalatxanasında azərbaycanlı toxucu xanımlar tərəfindən yaradılan əl işidir. Layihə ölkənin ucqar bölgələrindən olan qadın sənətkarlarına iqtisadi dəstəyin təmin edilməsi ilə yanaşı iqlim dəyişmələri ilə bağlı onların hekayələrini sənətkarlıq vasitəsilə paylaşmağa platforma yaradıb.
Bu sənət əsərlərindən biri, "Toxunulmuş zolaqlar" adlanan əsər Professor Ed Houkins-in (Ridinq Universiteti) "Öz zolaqlarını göstər" layihəsindən ilhamlanaraq yaradılıb və 1850-2022-ci illər ərzində orta illik temperaturun kəskin dəyişmələrinin zolaqlar vasitəsilə vizual əks etdirib. Xalçanın təsvirində yer alan Azərbaycan silueti və Bakının simvolik göydələnləri paytaxtın COP29-a ev sahibiliyinin rəmzi interpretasiyasıdır. Xalça dizaynı təxirəsalınmaz fəaliyyət tələb edən qlobal temperatur artımının Azərbaycanın memarlıq möhtəşəmliyi ilə birləşdirilərək insanları iqlim dəyişmələrinin davamlı təsirləri barədə düşündürməyə xidmət edir.
Digər əsər, "Sahildən ilməyə" adlanır və 2024-cü ilin Azərbaycanda "Yaşıl Dünya naminə Həmrəylik İli" elan edilməsinin bədii ifadəsidir. Sudan sahilədək tullantıların səyahətini təsvir edən xalça iki səhnəni ustalıqla qarşılaşdırır: bir tərəfi sakit, təmiz dəniz mənzərəsini, digər tərəfi isə çirklənmənin dağıdıcı təsirini - sahillərdən toplanan tullantıların xalçanın ilmələrinə toxunması vasitəsilə təsvir edir. Xalçanın vizual həlli insan fəaliyyətinin təbiətə vurduğu zərəri vurğulamaqla ekoloji aktivizmin harmonik qarışığını simvollaşdırır. Sənət əsərləri incəsənət və ekoloji təbliğatı birləşdirərək mədəni irsin vacibliyini vurğulamaqla ekoloji maarifləndirməni təşviq edir.
Digər Xəbərlər
18 Yanvar 2026 14:02
Raquf Orucovun haqqını rəsmən verməkdə ancaq və ancaq fayda var - Səxavət Məmməd yazır
18 Yanvar 2026 13:56
Raquf Orucov: igidliyi haqqında əfsanələr dolaşan komandir! - Elgün Gəncimsoy yazır
18 Yanvar 2026 13:51
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTOLAR
18 Yanvar 2026 11:28
FHN qarlı havada axtarış-xilasetmə ilə bağlı təlim keçirib
17 Yanvar 2026 19:23
Sükan arxasında oyun oynayan sürücü cəzalandırıldı - VİDEO
17 Yanvar 2026 11:02
Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
16 Yanvar 2026 17:17
İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi
16 Yanvar 2026 13:15


Bakı -°C

