COVID-19 beyin qocalmasını sürətləndirir
Nottingham Universitetinin (İngiltərə) alimlərinin fikrincə, COVID-19-a yoluxmamısınızsa belə, pandemiya beyninizə təsir göstərmiş ola bilər.
Adalet.az xəbər verir ki, "Nature Communications" jurnalında dərc olunan araşdırmada elm adamları İngiltərənin Biobank layihəsinin məlumatlarından istifadə edərək pandemiyadan əvvəl və sonra 1000-ə yaxın sağlam yetkin insanın MRT müayinəsini təhlil ediblər.
Təhlillərdən istifadə edərək, onlar iştirakçıların "beyin yaşını" - beyinlərinin həqiqi yaşlarından nə qədər "yaşlı" və ya "cavan" olduğunu müəyyən ediblər.
Nəticələr göstərir ki, təcrid, stress və qeyri-sabitlik şəraitində yaşayan insanların beyinləri pandemiyadan əvvəl skan edilənlərə nisbətən daha tez qocalır.
Dəyişikliklər xüsusilə yaşlı insanlarda, kişilərdə və sosial çətinliklərlə üzləşənlərdə nəzərə çarpırıb.
Alimlər araşdırmaların davam etdiyini açıqlayıb.
Digər Xəbərlər
25 Oktyabr 2026 13:00
Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq: İçmədən əvvəl 2 dəfə düşünün
24 Oktyabr 2026 15:00
Payızda bu qidaları süfrənizdən əskik etməyin
24 Oktyabr 2026 12:24
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
23 Oktyabr 2026 09:23


Bakı -°C

