COVID-19-dan sonra ölüm riskini artıran xəstəliklər açıqlandı
London Universitet Kollecinin (UCL) və Qlazqo Universitetinin alimləri müəyyən ediblər ki, nadir xəstəlikləri olan insanlarda COVID-19-dan sonra ölüm riski daha yüksəkdir.
Adalet.az report-a istinadla xəbər verir ki, araşdırmaçılar nadir xəstəliklərin yayılmasını və əlaqəli riskləri öyrənmək üçün genişmiqyaslı elektron tibbi qeydlərdən istifadə ediblər. Ümumilikdə 58 milyon insanın məlumatları təhlil edilib.
Alimlər müəyyən ediblər ki, nadir xəstəlikləri olan insanlarda koronavirusa yoluxduqda ölüm riski ümumi əhaliyə nisbətən təxminən beş dəfə daha yüksəkdir. Qeyd olunub ki, ölüm riski tam peyvənd olunmuş şəxslərdə də qalır.
Əlavə olaraq alimlər geniş yayılmış patologiyalar və COVID-19 keçirdikdən sonra ölüm ehtimalı arasındakı korrelyasiyanı təhlil ediblər. Bu riski ən çox artıran xəstəliklər arasında sonsuzluq və böyrək xəstəlikləri olub.
Digər Xəbərlər
12 Noyabr 2026 13:41
Mütəmadi olaraq qaragilə yeyin - Səbəbi isə...
11 Noyabr 2026 12:11
Ombudsmandan onkoloji xəstələrin müalicəsi ilə bağlı - TƏKLİF
11 Noyabr 2026 10:49
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
11 Noyabr 2026 09:29


Bakı -°C

