“Mərkəzi Asiya dövlətlərinin ticarət dövriyyəsində 6 dəfə artım qeydə alınıb...”
“Özbəkistana səfərə gələn Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında iştirak edir. Bu "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət Görüşünün iclasıdır. Mərkəzi Asiya dünyanın sürətli inkişafa malik regionlarındadır. 2024-cü ildə Mərkəzi Aisya ölkələri 500 milyard dollardan çox birgə nominal ümumi daxili məhsula (ÜDM) malik olublar”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, Azərbaycan və Mərkəzi Asiya isə birgə 575 milyard dollarlıq iqtisadiyyata malikdirlər:
“Bu ilin sonunda Mərkəzi Asiya və Azərbaycanın birgə ÜDM-nin 700 milyard dollara yaxınlaşacağı gözlənilir. Mərkəzi Asiya ümumi 6.2 faiz illik iqtisadi artım ilə dünya üzrə orta illik artımı 2 dəfə bənd üstəliyir. Son 8 ildə Mərkəzi Asiya dövlətləri arasındakı ticarət dövriyyəsi 5 dəfə yaxın artaraq 2.5 milyard dollardan 12 milyard dollaradək artıb. Son 25 ildə Mərkəzi Asiya dövlətlərinin ticarət dövriyyəsində isə 6 dəfə artım qeydə alınıb. Qeyd olunan iqtisadi üstünlüklər ilə yanaşı, Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin son illər geo-siyasi mövqeyi də ciddi şəkildə güclənmişdir. Orta Dəhlizinin genişlənməsi, yaşıl enerji sahəsində reallaşan böyük potensial sözügedən region ölkələrinin mövqeyini daha gücləndirməkdədir. Böyük təbii ehtiyatlara malik olan Mərkəzi Asiya ölkələrinin qlobal və regional iqtisadiyyata gələcəkdə də daha yaxından töhvə verəcəyi gözlənilir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
01 Yanvar 2026 17:15
Pensiya artımları bu aydan hesablanacaq - VİDEO
01 Yanvar 2026 14:11
“Azərbaycan xarici borcunun ÜDM-dəki payına görə dünyada ən yaxşı göstəriciyə...”
01 Yanvar 2026 13:43
“Azərbaycan dünyada ilk 94, iqtisadi gücünə görə isə ilk 85 ölkə arasında təmsil olunur”
01 Yanvar 2026 13:38


Bakı -°C

