"Sözün sehrinə sığınan adam"
Kamal Abdulla – 75
01 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Xalq yazıçısı, akademik Kamal Abdullanın 75 illiyi münasibəti ilə «Sözün sehrinə sığınan adam» adlı tədbir keçirilib.
Tədbirdə görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri və gənclər iştirak ediblər.
Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində keçirilən yubileyin aparıcısı, Əməkdar artist, professor Azad Şükürov iştirakçıları salamladıqdan sonra Kamal Abdullanın zəngin elmi, yaradıcı və ictimai fəaliyyətindən danışıb.
Sonra söz çıxış edənlərə verilib. Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova, Azərbaycan Dillər Universiteti Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissoru Əsgər Əsgərov Kamal Abdullanın şərəfli ömür yolundan, Azərbaycan elminə və mədəniyyətinə bəxş etdiyi töhfələrdən danışıblar. Yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına dərin təşəkkürünü bildirib.
Çıxışlardan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin ifasında Kamal Abdullanın «Bir, iki, bizimki» tamaşası oynanılıb.
Tamaşa qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir. Səhnə əsəri iki fərqli dünya insanının söhbəti, bir-birinə təmassız toxunuşları, sevgisi, peşmanlığı, əsəbi, mübahisəsi, qovuşmaq arzuları üzərində qurulub. Tamaşa alqışlarla qarşılanıb. Sonda xatirə şəkilləri çəkilib.
Digər Xəbərlər
01 Aprel 2026 10:42
Leyla Əliyevadan Rasim Balayevlə bağlı PAYLAŞIM
31 Mart 2026 17:31
Alim Qasımov Rasim Balayevlə xatirələrindən DANIŞDI
31 Mart 2026 12:11
Xalq artisti: “ Mənim üçün “Nəsimi”, “Babək” indi öldü”
30 Mart 2026 21:10
Rasim Balayevin oğlu atasının ölümündən DANIŞDI
30 Mart 2026 14:30
Rasim Balayev dəfn edildi - YENİLƏNİB
30 Mart 2026 10:37
Rasim Balayevin Alim Qasımovla MÖHTƏŞƏM DUETİ - VİDEO
30 Mart 2026 09:36
“Heç şübhəsiz, Rasim Balayev kinomuz üçün daha böyük obrazlar yarada bilərdi...”
29 Mart 2026 21:40


Bakı -°C

