“İlham Əliyevin Slovakiyaya səfəri yalnız ikitərəfli münasibətlərdə deyil...”
“Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyada rəsmi səfərdədir. Son illər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha da dərinləşməsi müşahidə olunmaqdadır. Regionun enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhvə verən Azərbaycan hazırda 14 ölkəyə, o cümlədən Slovakiyaya qaz nəql edir. Azərbaycan həm Slovakiyaya, həm də onun qonşularına daha çox qaz nəql etmək niyyətindədir. Bunu Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata birgə bəyanatlarında deyib”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, Azərbaycan ilə Slovakiya arasında yalnız enerji deyil, iqtisadiyyatın fərqli sahələrində əməkdaşlığı gücləndirilməsi imkanları var:
“Ötən il ölkələr arasında ticarət dövriyyəsi 46 milyon dollar olub. Bu ilin ilk 9 ayında isə 31 milyon dollara yaxın dövriyyə qeydə alınıb. İqtisadi potensialı nəzərə alsaq, tərəflər arasında ticarət dövriyyəsini daha da artımaq üçün ciddi imkanlar var. Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya səfəri yalnız ikitərəfli münasibətlərdə deyil, bütövlükdə Mərkəzi və Şərqi Avropa dövlətləri ilə əlaqələrdə yeni səhifə açacaq. Bütövlükdə, ölkəmizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
17 Yanvar 2026 14:37
Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib - FOTOLAR
17 Yanvar 2026 11:01
“Ermənistan “Tramp yolu”nu reallaşdırmaqla...”
16 Yanvar 2026 17:41
Vilayət Eyvazov belaruslu həmkarı ilə görüşdü - FOTOLAR
16 Yanvar 2026 14:46
"Azərbaycanda siyasi sistem möhkəmlənir" - Komitə sədri
16 Yanvar 2026 11:45
“Bu Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə dəstək verən İran rejiminə...”
16 Yanvar 2026 10:37
“ABŞ-nin Türkiyədəki ən böyük hərbi bazası bu şəhərlərdə yerləşir”
15 Yanvar 2026 18:22
Fidan: Zəngəzur dəhlizi Orta Dəhliz baxımından əhəmiyyətlidir
15 Yanvar 2026 13:21


Bakı -°C

