adalet.az header logo
  • Bakı -°C
09 Aprel 2026 11:26
73
MARAQLI
A- A+

Səhv düşəndə yerimiz...

Bu dünyada hər kəs yerində olanda gözəl olur. Elə ki, bir başqasının kimsə, yerin tutur, bax onda aləm bir-birinə dəyir...  Birini təsadüfən layiq olmadığı vəzifəyə təyin edirlər, ya da başqa birisinə Allah-təala var- dövlət, pul qismət eləyir, gözləri  ayaqlarının altını görmür. "

Babam mənə kor deyib, gəlib- gedəni vur deyib" prinsipi ilə işləyir. Yanına gələnlərə kömək etmək, əl tutmaq əvəzinə  insanların başında turp əkir və işçilərinə gün verib, işıq vermir!   Belə bir vəzifəli  adamın dostu  hər gün onun qəbuluna gəlir, amma dostu  onu qəbul eləmir. Və günlər birində onu vəzifəsindən azad edirlər.

O, dostu ilə bir yas məclisində görüşür. Dostu deyir  ki, mən  hər həftə gəlib qəbuluna düşə bilmirdim . Sənin iş yerinin yanındakı uca çinar ağacının yanında  dururdum ki, məni görəsən.

Dostu da deyir ki, ay rəhmətliyin oğlu, o vaxt vəzifədə olanda nəinki səni , yanında durduğun çinar ağacını görmürdüm! Bax belə olanda  səviyyəsiz, savadsız, cahil insanların iç üzü açılır! Belə yerdə xalq şairi Qabilin aşağıdakı misraları yada düşür:  " Müsibət  oluruq biz , Səhv düşəndə yerimiz..."

Emil FAİQOĞLU