ABŞ İran müharibəsində nə qazandı? – Politoloq açıqladı
“Dörd aydan çox davam edən ABŞ-İran müharibəsi iyunun 17-də imzalanan İslamabad Anlaşma Memorandumu ilə formal olaraq dayandırıldı. Amma əsl sual yenə də cavabsız qalır: sülh necə olacaq? Hələlik bunun dəqiq cavabı yoxdur. Tərəflərin yekun saziş üzərində razılığa gəlməsi üçün İsveçrənin Bürgenştok şəhərində keçirilməsi planlaşdırılan texniki danışıqlar təxirə salınıb. Səbəb isə İsrailin Livanda davam edən hərbi əməliyyatlarıdır. Tehran açıq mesaj verib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
O, bildirib ki, Beyruta endirilən zərbələr dayanmayınca nümayəndə heyəti danışıqlar masasına əyləşməyəcək:
“Bəs dörd aylıq bu qarşıdurmanın sonunda kim nə qazandı? İran hansı təsir alətlərini və strateji kartlarını əlində saxlayır? ABŞ məqsədlərinə tam çata bildimi? Və ən vacib sual: bu müharibənin ümumiyyətlə həqiqi qalibi varmı? ABŞ İran müharibəsində nə qazandı? 2026-cı ilin fevral ayının son günündə başlayıb iyunun ortalarına qədər davam edən bu müharibə, Vaşinqton üçün qarışıq və ziddiyyətli bir nəticə ilə yekunlaşdı. ABŞ və İsrailin birgə apardığı hərbi əməliyyatın ən "göz qamaşdıran" nəticəsi heç şübhəsiz İranın ali rəhbəri Ayətullah Əli Xameneinin və yüksək hərbi-siyasi kadrların məhv edilməsi oldu. "Epik Qəzəb" əməliyyatı çərçivəsində İranın hava hücumundan müdafiə qalxanı deşildi, yüzlərlə raket qurğusu, dron istehsalı zavodları və Ərakdakı ağır su reaktoru ağır zərbələr aldı. Hərbi dəniz qüvvələri Körfəzdə və Ərəb dənizində praktiki olaraq fəaliyyətsiz hala gətirildi. Bununla belə, hərbi meydanındakı uğurlar, masa arxasında yoxa çıxmağa başladı”.
Politoloqun sözlərinə görə, Donald Tramp administrasiyasının dörd ay öncə bütün dünyaya car çəkdiyi üç böyük hədəf - rejimin devrilməsi, raket sənayesinin məhvi və proksi şəbəkələrinin tərksilah edilməsi kağız üzərində qaldı:
“Xamenei öldü, amma teokratik aparat çökmədi, sadəcə sükan dəyişdi. Atəşkəs sənədində nə raket proqramının dayandırılması, nə də Hizbullah və Husilərin təcrid olunması barədə bir kəlmə yer aldı.Bu hərbi "qələbə"nin bədəli də ağır oldu: Hörmüz boğazının bağlanması neft bazarlarını lərzəyə saldı, ABŞ-da yanacaq qiymətləri rekord həddə qalxdı, müharibənin birbaşa hərbi xərci təxminən 30 milyard dollara çatdı. Bütün bunların fonunda imzalanan razılaşma ABŞ-ni İranın dondurulmuş 24 milyard dollarlıq aktivini sərbəstləşdirməyə, sanksiyaları yumşaltmağa və ölkənin yenidən qurulması üçün nəzərdə tutulan 300 milyard dollarlıq beynəlxalq bərpa planına dəstək verməyə məcbur etdi”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
18 Oktyabr 2026 23:02
Prezidentin 1 həftəsi... - VİDEO
18 Oktyabr 2026 19:00
Sahibə Qafarova Bişkekdə - FOTO
18 Oktyabr 2026 16:13
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
18 Oktyabr 2026 11:51
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik etdi
18 Oktyabr 2026 09:52
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi
17 Oktyabr 2026 22:45
Hikmət Hacıyev həmin tarixdən YAZDI
17 Oktyabr 2026 20:21
"Azərbaycan və Türkiyə bir-birindən ayrılmaz bütövdür" - Dövlət Bağçalı
17 Oktyabr 2026 15:40


Bakı -°C

