“Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez...”
“ABŞ və Səudiyyə Ərəbistanı arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsini, təcrübə, bilik və texnologiya mübadiləsinin təşviqini nəzərdə tutan sazişdə İsraillə bağlı şərt yoxdur. Ancaq saziş iki ölkənin enerji nazirləri tərəfindən imzalandıqdan sonra ABŞ Prezidenti Donald sosial şəbəkəsindəki hesabında yazıb ki, Səudiyyə Ərəbistanı “İbrahim razılaşmaları”na qoşulmasa, saziş tamamlanmış hesab edilməyəcək”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, İsrailin Qəzza və Livanın cənubunda hərbi əməliyyatları fonunda Səudiyyə Ərəbistanın bu ölkə ilə diplomatik münasibət qurmaq planı yoxdur:
“Bu o halda mümkün olacaq ki, İsrail hökuməti xarici və təhlükəsizlik siyasətində ciddi dəyişikliyə getsin. Ancaq nə qədər ki, Benyamin Netanyahi İsrailin baş naziridir, bu ölkənin siyasətində dəyişən heç nə olmayacaq. Belə olan halda Səudiyyə Ərəbistanının “İbrahim razılaşmaları”na qoşulması problematikdir. Buna baxmayaraq, Səudiyyə Ərəbistanı uranın zənginləşdirilməsi məsələsində ABŞ-ilə imzalanan razılaşmanın həyata keçirilməsini istəyir. Əslində Tramp İsrailin və ABŞ-dəki yəhudi lobbisinin çağırışları fonunda Səudiyyə Ərəbistanının “İbrahim razılaşmaları”na qoşulması şərtini xatırladıb. Tramp Səudiyyə Ərəbistanının ABŞ-yə ödəyəcəyi milyardlar fonunda şifahi əlavəsini unuda da bilər. Bəs Səudiyyə Ərəbistanı nədən uranın zənginləşdirilməsinə və beləcə nüvə silahı əldə etməyə çalışır? Çünki, Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez nüvə silahına malik olacaq. Səudiyyə Ərəbistanı həmin günü gözləmədən strateji tərəfdaşı olan ABŞ-dən əməli dəstək gözləyir. Səudiyyə Ərəbistanı uranı zənginləşdirməyə başlayarsa və nüvə silahını əldə etməyə yaxınlaşarsa, Türkiyə də bu prosesdən kənarda qalmayacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Oktyabr 2026 09:01
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
24 Oktyabr 2026 08:40
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR
23 Oktyabr 2026 23:38
“Münasibətlərimiz qardaşlıq prinsipləri üzərində inkişaf edəcək” - Dövlət Bağçalı
23 Oktyabr 2026 20:11
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib - VİDEO
23 Oktyabr 2026 18:59
Ayxan Hacızadə: Qara dənizdə vurulan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
23 Oktyabr 2026 17:58
Parlamentin növbəti iclasında nələr müzakirə olunacaq? - YENİLƏNİB
23 Oktyabr 2026 17:01
“Hindistan Azərbaycanla ticarət əlaqələrini genişləndirmək istəyir”
23 Oktyabr 2026 16:27


Bakı -°C

