“Tokayev müharibəni dayandırmaq çağırışı ilə həm də...”
“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Rusiya-Ukrayna münaqişəsini dondurmağa çağırması onun Ukraynanın mövqeyini dəstəkləməsi anlamına gəlir. Kiyev də eyni sözü deyir, atəşkəsə hazır olduğunu vurğulayır. Doğrudur, Tokayev Putini tam qəzəbləndirməmək üçün tərəfləri İstanbuldakı danışıqlara qayıtmağa çağırış etdi. Bu isə sanki Rusiyanın maraqlarına uyğundur. Ancaq önəmli olan Tokayevin cümləsinin birinci hissəsidir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Tokayev müharibəni dayandırmaq çağırışı ilə həm də ölkəsinin maraqlarını nəzərə almış olur. Çünki, Rusiya-Ukrayna müharibəsi Qazaxıstan neftinin Qara dənizlə daşınmasına ciddi təhlükə yaradıb, Novorosisyk limanı və limana yaxınlaşan neft tankerləri dronların hədəfindədir. Tokayev Putinlə görüşdə fikrini belə yekunlaşdırdı ki, “mən vasitəçi olmaqdan qəti şəkildə imtina edirəm”. Bütün hallarda Tokayev “müharibəni dayandır” mesajını birbaşa Putinin üzünə söylədi. Tokayevin bu açıqlamasına Rusiyanın digər iki tərəfdaşı – Belarus Prezidenti Aleksandr Lukaşenko və Çin lideri Si Cinpin də qoşulsalar, Putin daha ciddi təzyiq altına düşəcək”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 Oktyabr 2026 23:38
“Münasibətlərimiz qardaşlıq prinsipləri üzərində inkişaf edəcək” - Dövlət Bağçalı
23 Oktyabr 2026 20:11
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib - VİDEO
23 Oktyabr 2026 18:59
Ayxan Hacızadə: Qara dənizdə vurulan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
23 Oktyabr 2026 17:58
Parlamentin növbəti iclasında nələr müzakirə olunacaq? - YENİLƏNİB
23 Oktyabr 2026 17:01
“Hindistan Azərbaycanla ticarət əlaqələrini genişləndirmək istəyir”
23 Oktyabr 2026 16:27
Azərbaycanla Qırğızıstan arasında saziş təsdiqləndi
23 Oktyabr 2026 16:03
Azərbaycan və Türkiyə nazirləri Xankəndidə görüşdü
23 Oktyabr 2026 15:59


Bakı -°C

