Daşaltıda tikilən məscidə erməni Narinenin reaksiyası:"Son ümidimiz..."
jpg-1739358082.jpg)
2020-ci ildə ermənilərin Karintak adı verib məskunlaşdığı Daşaltı kəndi işğalçılardan azad olaraq Azərbaycan dövlətinin nəzarətinə keçdi.
Adalet.az 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməllərini qoyduqları ilə bağlı məlumat yaymışdı. Bildirilmişdi ki, məscid iki mərtəbəlidir və eyni anda 150-dən çox insanın ibadət etməsi üçün nəzərdə tutulub. Məscidin 1-ci mərtəbəsi kişilər, 2-ci mərtəbəsi isə qadınlar üçün ayrılmışdır.
Məscid binasında köməkçi və dəstəmaz otaqları, imam otağı, icma zalı, işçilərin otağı və yataqxana otaqları nəzərdə tutulub. Binaların və obyektlərin tikinti sahəsi 822 m²-dir.
Hazırda erməni mediası haray qoparır ki, Azərbaycan dövləti guya onların “qədim erməni irsini” yer üzündən silir. “Qədim erməni irsi” deyəndə isə 1990-cı ildə rus hərbi birləşmələrinin köməkliyi ilə işğal etdikləri ərazilərdəgəbərmiş erməmni terrorçuların dəfn edildiyi məkanlar nəzərdə tutulur.
Daşaltıda uzun müddət məskunlaşmış Narine adlı erməni qadın aşağıdakı fotonu erməni mediasında yayaraq, Azərbaycan dövlətinin öz qanuni ərazilərində tikinti quruculuq aparmasına hiddətlənib.
Həm də elə hiddətlənib ki, hiddətini erməni mediasına tökməklə sakitləşib. Narine deyib ki, heç bir beynəlxalq təşkilata inanmasa və artıq etibar etməsə də, erməni abidələrinin, o cümlədən qəbiristanlıqların sökülməsi mümkün olmamalıdır:”Haaqa Beynəlxalq Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı ilə qadağandır. Bu, heç olmasa, son ümidimizdir” .
İndi qalır, bu Narine və narinekimilərin başına vura-vura başa salmaq ki, müvəqqəti məskunlaşdığınız ərazilərin öz sahibi, yiyəsi var.
Həmin sahib o qanuni ərazilərində nə edirsə , etsin, bu onun təbii və qanuni haqqıdır.
Əntiqə Rəşid
Digər Xəbərlər

ADY gücləndirilmiş rejimdə çalışır - Qatarların qrafik üzrə fəaliyyəti bərpa olundu - YENİLƏNİB

Müddətli həqiqi hərbi xidmətə çağırış barədə bildirişlər “myGov”da!

Azərbaycanda bütün limanlar bağlandı

"Şəxsi avtomobillərdən istifadəni azaldın" - DYP

Polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür - DİN

Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu - FOTO

DİN vətəndaşlara müraciət etdi: Bu linklərə daxil olmayın!
