DİN Bərdədəki qətllə bağlı MƏLUMAT YAYDI
Daxili İşlər Nazirliyi (DİN) Bərdədəki qətllə bağlı məlumat yayıb.
DİN-dən Adalet.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinə yanvarın 22-də Lənbəran kəndi ərazisində kənd sakini S.Hacıyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi İsrafil Hüseynova xəsarət yetirməsi barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Xəstəxanaya yerləşdirilən İ.Hüseynov ölüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacıyev polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan “Adler Arms” markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
01 Oktyabr 2026 18:17
5 milyonluq şəbəkənin üzvləri saxlanıldı - KMBİ-dən əməliyyat - VİDEO
01 Oktyabr 2026 10:24
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana ekstradisiya edildi
30 Sentyabr 2026 13:49
Bərdədə 26 yaşlı gənc qətlə yetirildi
30 Sentyabr 2026 10:19


Bakı -°C

