DİN bu sürücülərə müraciət etdi - VİDEO

Polis əməkdaşları tərəfindən ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, Sumqayıt şəhərində həyata keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub, onlarla maarifləndirici söhbətlər aparılıb:
"Sürücülərə qanunvericiliyin tələbləri izah olunub, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılıb. Sumqayıt şəhərində insanların istirahətini pozan, neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək".
DİN bir daha hər bir yol hərəkəti iştirakçısını diqqətli olmağa və qaydalara riayət etməyə çağırıb.
Digər Xəbərlər

Milli parklara səfər edən turistlərin sayı artıb

Bakıda çimərlikdəki ilanlar təhlükəlidirmi? – Açıqlama

Bakıda 39, rayonlarda 30 dərəcə isti var - FAKTİKİ HAVA

Xocavənddə bu il 1 552 ev təmir olunacaq

Yeni milli parkların yaradılması ilə qorunan təbiət ərazilərinin sahəsi genişləndirilib

"Minalar Qarabağda yanğınların söndürülməsini çətinləşdirir" - Nazirlikdən müraciət

Azərbaycanda iki yeni milli park yaradıldı
