"DİN və DTX-nin peşəkarları ilə birgə xüsusi qruplar yaratmışıq” - Kamran Əliyev
“Biz ilk günlərdən çalışdıq ki, əvvəlki illərdən bağlı qalmış ölüm işlərinin açılmasına nail olaq”.
Adalet.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
“Bilirsiz ki, ölüm işləri bağlı qaldıqca cəmiyyətdə müəyyən cəzasızlıq mühiti yaradır. Ona görə də bu, bizim fəaliyyət istiqamətimiz üçün çox vacibdir. Ümumiyyətlə şəxsiyyət əleyhinə və gizlilik şəraitində törədilən ölüm işlərinin açılması istiqamətində xüsusi qruplar yaradılıb. Burada prokurorluğun müstəntiqləri, xüsusi ilə qeyd etməliyəm ki, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarları bu işə cəlb olunublar. Üç qurum birlikdə bu istiqamətdə fəaliyyət göstərir. Ötən il 8, bu il isə 7 belə cinayət işinin açılması təmin edilib. Bir sıra cinayətlərin üstünün açılması isə çox yaxındır”, - o vurğulayıb.
Digər Xəbərlər
07 Aprel 2026 19:12
“Anadolu Ankası - 2026” beynəlxalq təliminə start verilib
07 Aprel 2026 17:52
Eşqi Bağırov yeni müdir müavinləri təyin etdi
07 Aprel 2026 17:35
Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib
07 Aprel 2026 11:56
Xocavənd şəhərinə növbəti KÖÇ
07 Aprel 2026 10:45
Macarıstan Cəbrayılın Soltanlı kəndinin bərpasına 30 milyon dollar ayıracaq
07 Aprel 2026 10:14
Həmin uşaq valideynlərinə təhvil verildi - YENİLƏNİB
06 Aprel 2026 18:51
Tbilisidə Mehriban Əliyevanın şərəfinə lanç verilib - FOTOLAR
06 Aprel 2026 18:23


Bakı -°C

