"Dini xurafat, dini mövhumatçılıq keçmişin qalıqlarıdır" - Bəyanat
Azərbaycan Milli QHT Forumu məktəblərdə şagird və müəllimlərin geyim qaydaları ətrafında aparılan müzakirələrlə bağlı bəyanat yayıb.
Adalet.az xəbər verir ki, bəyanatda İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın dünyəvi dövlətçilik modelinə qarşı informasiya kampaniyalarının aparıldığı iddia olunub.
Forum məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələrin siyasiləşdirilməsini və məsələnin dini qarşıdurma müstəvisinə keçirilməsi cəhdlərini pisləyib.
Bildirilib ki, dünyəvilik Azərbaycanın tarixi nailiyyəti və dövlətçilik ənənəsinin mühüm tərkib hissəsidir. Ölkədə dini-mənəvi dəyərlərə hörmətlə yanaşıldığı, müxtəlif dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı vurğulanıb.
Bəyanatda qeyd olunub ki, təhsil müəssisələrində müəyyən edilmiş geyim qaydalarına əməl edilməsi qanunvericiliyin tələbidir:
“Bu qaydaların tətbiqi nə dini dəyərlərə qarşı yönəlib, nə də vətəndaşların məktəbdənkənar şəxsi həyatını tənzimləmək məqsədi daşıyır”.
Forum Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş şagird geyim formalarına dair tələbləri xatırladıb. Qeyd olunub ki, vahid geyim formasını pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmir.
Eyni zamanda, müəllimlərin geyiminə dair tələblərin onların peşəkar görünüşünün və təhsil mühitinin dünyəvi xarakterinin qorunmasına xidmət etdiyi bildirilib.
Azərbaycan Milli QHT Forumu təhsil müəssisələrində geyim qaydalarının qanunvericiliyə uyğun, şəffaf və hamı üçün bərabər şəkildə tətbiqini dəstəklədiyini açıqlayıb.
Bəyanatda məktəblərin dini təbliğat və ideoloji təsir məkanı deyil, elm, təhsil, milli-mənəvi dəyərlər və azad düşüncənin inkişaf etdiyi məkanlar olmalı olduğu vurğulanıb.
Forum vətəndaş cəmiyyəti nümayəndələrini, ziyalıları, müəllimləri, valideynləri və media subyektlərini dini həssaslıqlardan sui-istifadə etməyə yönəlmiş informasiya kampaniyalarına qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırıb.
Qeyd olunub ki, bu məsələdə əsas meyar Azərbaycan Konstitusiyası, qanunvericilik, milli maraqlar və dünyəvi dövlətçilik prinsipləri olmalıdır.
Digər Xəbərlər
11 Oktyabr 2026 09:02
Bu qərar hicaba qarşı yönəlməyib - Sabir Rüstəmxanlı
11 Oktyabr 2026 08:49
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 6 il ötür
10 Oktyabr 2026 17:00
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirib
10 Oktyabr 2026 16:36
İlham Əliyev Kadırovla birgə nahar edib - FOTOLAR
10 Oktyabr 2026 16:16
Prezident Ramzan Kadırovla “Ağ Şəhər”də - FOTOLAR
10 Oktyabr 2026 15:46
İlham Əliyev Kadırovu qəbul etdi - FOTOLAR
10 Oktyabr 2026 13:56
“Həmin qərarı dini inanclı insanların sıxışdırılması kimi qiymətləndirmək doğru deyil”
10 Oktyabr 2026 12:16


Bakı -°C

