30 Oktyabr 2024 20:01
144
DÜNYA

Dostluq və qardaşlıq əlaqələrimiz daha da möhkəmlənəcək - Şalva Papuaşvili

Azərbaycan ilə Gürcüstan arasında güclü qardaşlıq və dostluq əlaqələri var. “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən və digər siyasi şəxslərdən təbriklər aldıq. Bu, bizim dostluğumuzun bariz nümunəsidir.

Adalet.az xəbər verir ki, bu sözləri Azərtaca-a müsahibəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Gürcüstan Parlamenti yeni tərkibdə fəaliyyətə başlayacaq. Bundan sonra da hər iki ölkə arasında bu günədək qorunub saxlanan sıx dostluq və qardaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edəcək, daha da möhkəmlənəcək.