Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib - VİDEO
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın şəhəri və Sus kəndinə infotur təşkil edib.
İnfotur Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin dəstəyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilib. İnfoturda biznes influnserləri iştirak ediblər.
Onlar işğaldan azad edilmiş ərazilərə köçürülmənin gedişi, dayanıqlı məskunlaşdırma və reinteqrasiya tədbirlərinin icrası barədə də məlumatlandırılıblar. İnfotur iştirakçıları Laçın şəhəri və Sus kəndində salınan yaşayış evlərində Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan məcburi köçkün ailələri ilə görüşüb, sakinlərin fikir və rəylərini öyrəniblər, foto-video çəkilişlər aparıblar. Sonda iştirakçılar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər. Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcəkdir.
Digər Xəbərlər
28 Aprel 2026 10:54
İslam dinində nəyə görə ölünü tabutda dəfn etmək ənənəsi yoxdur?
28 Aprel 2026 10:54
Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
28 Aprel 2026 09:55
Leyla və Arzu Əliyevalar “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış oldular - FOTOLAR
28 Aprel 2026 09:19


Bakı -°C

