Dövlət Sərhəd Xidmətinin rəisi general polkovnik Elçin Quliyevə
Cənab general!
Müstəqil Azərbaycanın dövlət sərhədlərini qoruyan sərhəd xidmətinin bütün əməkdaşlarını Sizin şəxsinizdə peşə bayramınız günü münasibətilə ürəkdən təbrik edir və Dövlət Sərhədi Xidmətində təmsil olunan hər kəsə cansağlığı və xidmətində uğurlar arzu edirik!
Biz yaxşı bilirik ki, Azərbaycan sərhədçiləri müstəqilliyimiz elan olunan gündən bu ana qədər böyük əzmkarlıqla, cəsarət və mərdliklə dövlət sərhədlərimizin keşiyində dayanıblar. Ulu öndərimizin diqqət və qayğısı nəticəsində dövlət sərhədi xidməti formalaşmış və yeni yaranmış bu sahə zamanın tələbinə uyğun olaraq hərbi texniki vasitələrlə təmin edilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan ordusuna, eləcə də dövlət sərhəd xidmətinə göstərdiyi diqqət sayəsində bu gün sərhədçilərimiz dünyanın ən aparıcı dövlətlərinə aid olan avadanlıqlarla, texnika ilə təchiz edilib, sərhədçilərimiz üçün şəhərciklər salınıb. Onların mənzil, məişət məsələləri öz həllini tapıb. Təbii ki, sərhədçilərimiz də həm öz xidmət sahələrində, həm də torpaqlarımızın işğaldan azad edilməsində böyük şücaətlər göstəriblər. Onların qəhrəmanlıqları, şəhid sərhədçilərimizin xatirəsi heç vaxt unudulmayacaq. Onların adları hər zaman yaddaşlarda yaşayacaq və bu gün bu adlar əbədiləşdirilərək tariximizin bir parçasına çevrilir.
Cənab general!
Azərbaycan sərhədçilərinin ölkənin bütün istiqamətlərində xususi il Ermənistan və iranla sərhəddimizdə ayıq-sayıq dayanmaları, suda, havada göstərdikləri peşəkarlıq bir daha bizi əmin edir ki, müstəqil Azərbaycanın dövlət sərhədi etibarlı əllərdədir. Sizin rəhbərliyiniz altında bu sərhədlər ən yüksək səviyyədə qorunur. Bir daha Sizi və bütün sərhədçilərimizi peşə bayramı münasibətilə təbrik edib bildirmək istəyirik ki, Azərbaycan xalqı Ali Baş Komandanına və onun rəhbərliyi altında xidmət keçən bütün əsgər və zabitlərimizə güvənir.
Bayramınız mübarək!
Millət vəkili Aqil Abbas və «Ədalət» qəzetinin kollektivi
Digər Xəbərlər
02 Mart 2026 20:08
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı
02 Mart 2026 18:46
İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı - YENİLƏNİB
02 Mart 2026 18:32
Turizm Agentliyinin kollegiyasının yeni tərkibi
02 Mart 2026 18:30
"BakuBus"da yeni təyinat
02 Mart 2026 18:01
SHXÇDX-nin vahid elektron informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib
02 Mart 2026 17:43
Qarabağ və Şərqi Zəngəzurda məşğulluq proqramları genişləndirilir
02 Mart 2026 17:36
Dövlət Dəniz və Liman Agentliyi üzərliklə bağlı dənizçilərə çağırış etdi
02 Mart 2026 16:54


Bakı -°C

