Dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyənləşir
“Dövlət xidmətləri haqqında” yeni qanun qəbul edilib.
Adalet.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub.
Təqdim olunan qanun layihəsi dövlət xidmətləri sahəsində faəliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyəcək.
Layihədə dövlət xidmətinə, dövlət xidmətinin göstərilmə yerinə, vahid xidmət mərkəzinə, dövlət xidmətinin dizaynı ilə bağlı qanunvericiliyə anlayışlar gətirilib. Bununla yanaşı, layihədə xidmət istifadəçilərinin dairəsi, onların hüquq və vəzifələri də konkret olaraq müəyyən edilib.
Dövlət xidmətlərinin göstərilməsində korrupsiya risklərinin azaldılması məqsədilə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət xidmətinə müraciətlərin ardıcıllıqla həyata keçirilməsi üçün qanun layihəsinə növbəlilik prinsipi gətirilib.
Layihənin qəbul olunması ilə dövlət xidmətinin formalaşdırılmasına dair tələblər müəyyən olunacaq. Layihəyə əsasən dövlət xidməti Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edildikdən sonra həmin xidmətin göstərilməsinə yol veriləcək. Qanun qəbul edilərsə, bu müddəa 2025- cil noyabrın 1-dən qüvvəyə minəcək.
Təklif olunan layihədə dövlət xidmətinin göstərilməsi nəticəsi elektron sənəd yaxud kağız daşıyıcıda inzibati akt, hüquqmüəyyənedici və texniki sənədlər şəklində və ya informativ elektron xidmətlər üzrə məlumatın verilməsi ilə həyata keçirildiyi qeyd edilir.
Layihədə öz əksini tapan vacib bir məqamda ondan ibarətdir ki, dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyən ediləcək. “ASAN xidmət indeks” qiymətləndirilməsi mexanizmi daha da təkmilləşdirilərək qiymətləndirilmə aparıldıqdan sonra dövlət xidmətinin keyfiyyətinə nəzarət üçün əsaslardan hesab ediləcək.
20 maddədən ibarət olacaq yeni qanun dərc edildiyi gün qüvvəyə minəcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Digər Xəbərlər
02 Fevral 2026 20:07
İlham Əliyev Əbu-Dabidə həmkarı ilə görüşdü - FOTOLAR
02 Fevral 2026 18:44
Prezidentin BƏƏ səfərindən VİDEO
02 Fevral 2026 17:50
BMMT və Körfəz Əməkdaşlıq Şurasının Baş katibləri arasında görüş oldu
02 Fevral 2026 17:33
Totux-motux vətənpərvərlər dövrü - Səxavət Məmməd yazır
02 Fevral 2026 16:31
İlham Əliyev BƏƏ-də səfərdədir - FOTOLAR
02 Fevral 2026 16:28
"Satınalma ilə bağlı ciddi və sanballı dəyişikliklər etməliyik" - Deputat
02 Fevral 2026 13:22
“Sağlam düşüncəli və vətəninə bağlı gənclik dövlətin dayağıdır”
02 Fevral 2026 13:15


Bakı -°C

